Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eritreya (tiqrin. ኤርትራ; ərəb. إريتريا; ing. Eritrea) və ya rəsmi adı ilə Eritreya Dövləti (tiqrin. ሃገረ ኤርትራ; ərəb. دولة إريتريا; ing. State of Eritrea) — Şərqi

Eritreya

  • Ana Səhifə
  • Vikipediya
  • Eritreya

Eritreya (tiqrin. ኤርትራ; ərəb. إريتريا; ing. Eritrea) və ya rəsmi adı ilə Eritreya Dövləti (tiqrin. ሃገረ ኤርትራ; ərəb. دولة إريتريا; ing. State of Eritrea) — Şərqi Afrikada dövlət. Eritreya şimalda və qərbdə Sudan, cənubda Efiopiya, cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şimal-şərqində və şərqində isə Qırmızı dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Əsməra, ümumi sahəsi 117,600 kvadrat kilometr, əhalisinin sayı 6 milyon nəfərdən çoxdur. Eritreya 24 may 1993-cü ildə Efiopiyadan müstəqilliyini əldə etmişdir.

Eritreya Dövləti

Ərəbcə. دولة إرتري‎‎
İngiliscə. State of Eritrea


Tiqrinya. ሃገረ ኤርትራ
Bayraq Gerb
Bayraq Gerb
Himn: "Eritrea, Eritrea, Eritrea"
Tarixi
 • Müstəqillik 24 may 1993
Rəsmi dili Tiqrinya, Ərəb dili, İngilis dili
Etnik qrupları tiqrinya -55%, tiqre -30%, saho -4%, kunama -2% ,bilen -2%.
Paytaxt Əsməra
Ən böyük şəhəri Əsməra- 800 min (2015-ci il)
İdarəetmə forması Respublika
Prezident İsayas Afeverki [8.VI.1993 ~]
Sahəsi Dünyada 101-ci
 • Ümumi 117600 km²
Əhalisi
 • Əhali (2015) 5 860 min nəfər (110-cu)
 • Siyahıyaalma (9.IV.1984) 2 748 304 nəf.
 • Sıxlıq 47 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2014) 7,8 milyard dollar  (164-cü)
 • Adambaşına 1 200 dollar  (221-ci)
İİİ (2013) 0.351
Valyuta nakfa (EPN)
İnternet domeni .er
ISO kodu ER
Telefon kodu 291
Saat qurşaqları UTS +3
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Eritreya
Eritreya

Mündəricat

Coğrafiyası

Şərqi Afrikanın şimalında yerləşən ölkə. Qərbdə Sudan, cənubda Efiopiya və cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şərqi və şimal-şərqi Qırmızı dənizi sahili boyunca uzanır. Paytaxtı Asmeradır.

Tarixi

Eritreya İtaliya tərəfindən işğal edildi və rəsmi olaraq 1 yanvar 1890-cı ildə bu ölkənin müstəmləkəsinə çevrildi. İtaliya ikinci dünya müharibəsində məğlub olduqdan sonra Eritreya 1941-ci ildən 1952-ci ilə qədər BMT-nin himayəsinə verilmişdir. O zaman ölkənin bayrağı bütün rəsmi dairələrdə dalğalanırdı. 2 dekabr 1950-ci ildə BMT-nin qərarı ilə Efiopiyaya birləşdirildi. 1951-ci ildən 1962-ci ilə qədər Efiopiyanın muxtar bölgəsi olaraq qaldı. Həmin ildə Efiopiya imperatoru Haile Selassienin regional muxtariyyəti ləğv etməsi kütləvi etiraz və iğtişaşlara səbəb oldu. Xalqın narahatlığı bu qərara qarşı artdı və Eritreya 30 il boyunca Efiopiya hökumətinə qarşı dirəndi və bu dirəniş 1991-ci ildə bitdi. 1993-cü ildə BMT-nin qərarı ilə Eritreya müstəqillik əldə etdi. Ölkə çoxmədəniyyətli və ikidinlidir. Müasir Eritreyanın adı ilk dəfə italyan işğalçıları tərəfindən istifadə edilmişdir.

Əhalisi

6,233,682 nəfər. Ölkədə yaşayanların 55% Tigrinya, 30% Tigre, 4% Saho və digər etnik qruplardır.

İqtisadiyyatı

Eritreyada əhalinin əksəriyyəti (85%) əkinçilik və heyvandarlıqla məşğuldur. Əhalinin üçdə ikisi oturaq və yarı-oturaq, qalanı köçəri həyat sürür. Ölkədaxili hasilatı 550 milyon dollar olaraq hesablanır. Adambaşına düşən milli gəlir 150 dollardır. Ölkənin iqtisadi durumu ağırdır.

Təhsil

Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet.

İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.

Mədəniyyəti

Eritreya çoxmillətli bir dövlət olduğundan, əraziyə görə mədəniyyət fərqləri çox dərin olmasa da, mövcuddur. Xristian olan Tiqray, Billen xalqlarının mədəniyyəti Həbəşistan mədəniyyəti əsasında formalaşarkən, müsəlman olan Afar, Tiqre xalqlarının mədəniyyəti ərəb-kuşit mədəniyyəti əsasında formalaşmışdır. Bu ölkə ticarət və alver üçün dünyanın bağlantı nöqtəsidir. Eritreya mədəniyyətində italyan mədəniyyətinin izlərini görmək olar. Bu gün ölkədə italyan mətbəxindən faydalanmış kafelər fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eritreya haqqında məlumat. Eritreya nədir? Eritreya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 12, 2026

    Benqal dili

  • Fevral 15, 2026

    Türkmənistan

  • Fevral 20, 2026

    Maddə

  • Fevral 23, 2026

    Lüteran

  • Fevral 24, 2026

    Turan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst