Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu

Epifiz

  • Ana Səhifə
  • Vikipediya
  • Epifiz

Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir.

Daxili sekresiya vəziləri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Latınca glandula pinealis
Qrey subyekt 276 1277
Sistem Endokrin sistemi
Üzv Daxili sekresiya
Arteriya lat. art. chorioidea posterior (ex art. cerebri posterior), art cerebelti anterior superior et art. cerebri media
Embrional sinir ektoderması
MeSH Pineal+gland
Dorlands/Elsevier 12392585
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Yerləşmə

Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.

Quruluşu

Epifiz xaricdən nazik birləşdirici toxuma qişası ilə örtülüdür; bu qişa onun daxilinə atmalar buraxır, belə ki, əzgiləbənzər cisim bir sıra pazcıqlara ya follikullara bölünür. Vəzi stromadan və parenximadan təşkil olunmuşdur; bunun stroması yuxarıda qeyd olunan birləşdirici toxuma atmalarından ibarətdir; parenximi isə müxtəlif hüceyrələrdən təşkil olunmuşdur. Pinelositlərdən fərqli olaraq qalan parenxim hüceyrələri tipi uzunsov nüvəyə malikdir və qliya liflərilə rabitədədir. Epifiz vəzi 2 yaşa kimi yüksək inkişaf dərəcəsinə çatır; 7 yaşından sonra kiçilməyə başlayır. 18 yaşına çatanda fəaliyyətdən qalır, belə ki, 25 yaşında involyusiya (əks-inkişaf) prosesinə uğrayır; birləşdirici toxuma elementləri çoxalır, vəzi elementlərinin əksəri məhv olur; bunların yerinə beyin qumu – lat. acervulus cerebri adlanan əhəng duzları çöküntüləri toplanır; bu çöküntülər kalsium-karbonat və kalsium-fosfat duzlarından ibarətdir. Beləliklə əzgiləbənzər cism böyüklərdə başlıca olaraq birləşdirici toxumadan (stromadan) və duzların çöküntüsündən ibarət olur.

Hüceyrə növüAçıqlama
Pineal hüceyrələrBaşlıca hüceyrə tipidir. Pinelositlər vəzin daxili sekresiya funksiyasını yerinə yetirməklə melatonin ifraz edirlər. Onların nüvəsi oval şəkilli olub, zəif boyanan protoplazmaya malikdir. Forması isə çoxbucaqlıdır.
İnterstitial hüceyrələrPineal hüceyrələrin arasında yerləşmişlər.
Periveskulyar faqositlərVəzidə qan damarlarının yaxınlığında yerləşməklə immun sistemini təmin edirlər. Bu hüceyrələr antigen ifraz edirlər.
Pineal neyronlarYüksək inkişaf etmiş onurğlaıların epifizindəki neyronlardır. Gəmiricilərdə yoxdur.
Peptidergik neyronabənzər hüceyrələrBəzi hallarda bu hüceyrələrə də rast gəlinir. Bunların [parakrin] tənzimləyici funksiyaya malik olduğu güman edilir.

İnkişafı

Epifiz ara beynin yuxarı divarının arxa ucundan kiçik hündürlük – qovucuq şəklində inkişaf edir. İlk dəfə bu qovucuğun daxilində mənfəz olur və ara beyin boşluğu (gələcək III mədəcik) ilə birləşir; divarları bir qat ependimdən təşkil olunur. Sonradan hüceyrələrin miqdarı çoxalır, qovuqcuğun divarları qalınlaşır, belə ki, daxilində olan mənfəz itir; yalnız bunun qalığı III mədəcik boşluğunun cibi – lat. recessus pinealis şəklində qalır. Eyni zamanda əzgiləbənzər cismin mayası daxilinə mezenxim elementləri və qan damarları daxil olur. Bu üsul ilə əzgiləbənzər cismin vəzi elementləri və stroması hasil olur. Bəzi sürünən heyvanlarda epifizə homoloji olan üzv təpə gözü adı ilə məlumdur.

Qidalanması və innervasiyası

Əzgiləbənzər cisim lat. art. chorioidea posterior (ex art. cerebri posterior), art cerebelti anterior superior et art. cerebri media şaxələrilə qidalanır. Bu vəzinin innervasiyası az öyrənilmişdir; bir qisim sinir lifləri (simpatik liflər) vəziyə daxil olur və güman ki. qan damarlarını innervasiya edir.

Vəzifəsi

Əzgiləbənzər cismin vəzifəsi hələ də tam öyrənilməmişdir. İfraz etdiyi [melatonin] hormonu bioloji saat rolunu oynayaraq gecə və gündüz vaxtı fizioloji proseslərin tənzimləyir. Melotonin hormonu həm də cinsi yetişməni tormozlayır. Bunun hiperfunksiyası cinsi yetişməni gecikdirir, əksinə hipofunksiyası cinsi yetişməni sürətləndirir, yəni həddindən qabaq uşaq həddi-büluğa çatır (lat. pubertas precox). Bu vəzin digər bir hormonu kalium mübadiləsini tənzim edir, onun orqanizmdə toplanmasına səbəb olur.

Həmçinin bax

  • Daxili sekresiya vəziləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Epifiz haqqında məlumat. Epifiz nədir? Epifiz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həvari Yəhya

  • Fevral 27, 2026

    Xuluf

  • Fevral 27, 2026

    Ken (hərf)

  • Fevral 27, 2026

    Albukerke

  • Fevral 27, 2026

    Baron

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst