Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fiesta (ing. The Sun Also Rises; {{Cite web |title=Kitab klubundan yeni kitablar çapdan çıxıb |url=https://www.azadliq.org/a/27929336.html |access-date=2020-02-

Fiesta (roman)

  • Ana Səhifə
  • Vikipediya
  • Fiesta (roman)

Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"; "Günəş də doğar"; Günəş bir də doğacaq; Günəş də qalxır‎) — Ernest Heminqueyin romanı.

Fiesta
The Sun Also Rises
Əsərin 2016-cı il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2016-cı il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Ernest Heminquey
Janr Roman
Orijinalın dili İngiliscə
Ölkə ABŞ ABŞ
Orijinalın nəşr ili 1926
Tərcüməçi Tamella Abdıyeva
Nəşriyyat Bakı Kitab Klubu (2016)
Səhifə 256
Tiraj 100
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur.

2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib.

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər. Bayram ərəfəsində mərkəzi xətdə dayanan Brettlə nişanlısı Maykl, bir neçə həftə əvvəl isə sevgi münasibətində olduğu Con və perspektivli öküz döyüşçüsü Pedro Romero arasındakı məhəbbət problemləri ilə yanaşı, sadə tamaşaçı kimi Barnesin mövqeyi də üzə çıxır. Bayramlar bitdikdən sonra isə qrup Madrid şəhərində əhvalata son verərək yoxa çıxır.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Nəşr və tərcümə

2012-ci ildə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının tərkibində yaranmış Bədii Tərcümə Mərkəzi 2016-cı ildə start verdiyi yeni layihə çərçivəsində dünya ədəbiyyatından məşhur nümunələri seçib orijinaldan Azərbaycan dilinə tərcümə edərək oxuculara təqdim edir. İlk mərhələdə 2016-cı il boyunca minimum 10 kitabın - ingilis, ispan, italyan, fransız, ərəb və s. dillərdə yazılmış kitabların azərbaycan dilində ilk dəfə orijinaldan tərcümə əsasında çap olunması planlaşdırılmışdır. Plan üzrə, ilk kitab Ernest Heminqueyin “Fiesta” əsəri olub.

Roman 2016-cı ildə Tamella Abdıyeva tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakı Kitab Klubunda 256 səhifədə, 100 tirajla nəşr edilib.

Həmçinin bax

  • İtirilmiş nəsil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fiesta (roman) haqqında məlumat. Fiesta (roman) nədir? Fiesta (roman) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Telepatiya

  • Fevral 23, 2026

    3 oktyabr

  • Fevral 27, 2026

    Volqaboyu

  • Fevral 27, 2026

    Evklid

  • Fevral 23, 2026

    Ameriqo Vespuççi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst