Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri.

Behişti-Zəhra

  • Ana Səhifə
  • Vikipediya
  • Behişti-Zəhra

Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri.

Qəbiristanlıq
Behişti-Zəhra
fars. بهشت زهرا‎
Xəritə
Ölkə İran
Yerləşdiyi yer Tehran
Əsası qoyulub 25 iyul 1970
Sahəsi
  • 424 ha
Sayt beheshtezahra.tehran.ir
35°32′11″ şm. e. 51°22′13″ ş. u.HGYO
Behişti-Zəhra xəritədə
Behişti-Zəhra
Behişti-Zəhra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə "Behişti-Zəhra" adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib.

Ümumi məlumatlar

Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub. Qəbiristanlıqda orta hesabla hər gün 150 insan dəfn olunur. Orta hesabla qəbiristanlığa hər gün 15 min insan ziyarətə gəlir.

Qəbiristanlıqda quraşdırılmış xüsusi avadanlıq sayəsində ziyarətə gələnlər mobil telefonun bluetooth sistemi ilə istədikləri qəbiri və ya yeri asanlıqla tapa bilirlər.

2009-cu il hadisələri

Xarici video
Nida Ağa Sultanın öldürüldüyü an

2009-cu ildə İranda keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad qələbə qazandı. Ancaq islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi səslərin hesablanmasında pozuntulara yol verildiyini irəli sürərək onları dəstəkləyənləri küçələrə çıxmağa çağırdılar. Bundan sonra başda paytaxt Tehran olmaqla, yüz minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları təşkil edildi. Hökumət əvvəlcə polis, sonradan isə İnqilab Keşikçiləri nəzdindəki Bəsic qüvvələrinin gücü vasitəsilə nümayişlərə müdaxilə etdi. Etirazlar nəticəsində 70-dən çox insan həlak oldu. Müsəvi və Karrubi ev dustağı edildi.

2009-cu il etirazlarında zindanlarda işgəncələr altında həlak olmuş 44 nəfərin meyitinin gizli şəkildə basdırılması faktı öz etirazlardan bir müddət sonra öz təsdiqini tapır. Hadisə həm İranda, həm də dünyada böyük əks-səda doğurur. Tezliklə "Behişti-Zəhra" qəbiristanlığının o dövrdəki baş direktoru Mahmud Rzaianı tutduğu vəzifədən azad edirlər. İlk dövrlər ittihamları qəbul etməsələr də daha sonra bu etiraf olunur və araşdırma komissiyası yaradılır. Parlament araşdırma komissiyasının üzvü Həmidrza Katuzian deyib: "Son hadisələrdə həlak olanların kütləvi şəkildə gizlicə basdırılması məsələsini bəzi deputatlarla müzakirə etmişik". Deputat bu qəbiristanlığın 302-ci bölümündə kimliyi müəyyənləşdirilməmiş meyitlərin basdırıldığını təsdiq edib.

2009-cu il etirazlarının simvoluna çevrilmiş Nida Ağa Sultan da məhz Behişti-Zəhra qəbiristanlığında dəfn edilib. Nidanın dəfni və 40 mərasimi böyük izdihamla müşahidə olunub. 40 mərasiminə qatılıb qəbrinə qərənfil qoyan rejissor Cəfər Pənahi və həmkarı Məhnaz Muhammədi polis tərəfindən həbs edilib. Polis həmçinin prezidentliyə namizəd Mir Hüseyn Musəvinin məzara yaxınlaşmasına izin verməyib və başqa bir namizəd Mehdi Kərrubinin çıxış etməsinə mane olub.

Qəbiristanlıqda dəfn olunan məşhurlar

  • Məhəmməd Said
  • Əmir-Abbas Hüveyda
  • Fərruxru Parsa
  • Məhəmmədibrahim Əmir Teymur
  • Nadir mirzə Cahanbani
  • Cavad Fakuri
  • Hüseyn Fərdust
  • Nurəddin Kiyanuri
  • Məryəm Fərmanfərmaiyan
  • Məhəmməd Behişti
  • Məhəmmədəli Rəcai
  • Ruhullah Xomeyni
  • Abbasəli Əmid Zəncani
  • Əli Əkbər Haşimi Rəfsəncani
  • Abbas Duzduzani
  • Möhsün Həştrudi
  • Əbdülhüseyn Zərrinkub
  • Firidun Müşiri
  • Yəhya Ədl
  • Firudin Adəmiyyət
  • Məhəmmədəmin Riyahi
  • İrəc Əfşar
  • Simin Behbəhani
  • Məhəmmədəli Sepanlı
  • Nasir Purpirar
  • Qurban Süleymani
  • Məhəmməd Nuri
  • Cəmilə Şeyxi
  • Kazım Əfrəndniya
  • Yədulla Səmədi
  • Nasir Hicazi
  • Arif Quluzadə
  • Bəhman Gülbarnəjad
  • Reyhanə Cabbari
  • Üskülü Mərziyyə
  • Həsən Riyazi
  • Müzəffər Derəfşi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Behişti-Zəhra haqqında məlumat. Behişti-Zəhra nədir? Behişti-Zəhra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    II Dara

  • Fevral 24, 2026

    Koreya dili

  • Fevral 27, 2026

    Koke

  • Fevral 27, 2026

    İşpuini

  • Fevral 27, 2026

    Pifey

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst