Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xaribda (yun. Χάρυβδις) — Yunan mifologiyasında dəniz canavarıdır. Xaribda, digər dəniz canavarı olan Silla ilə birlikdə, Odissey, Yason və Eney kimi epik qəhrə

Xaribda

  • Ana Səhifə
  • Vikipediya
  • Xaribda

Xaribda (yun. Χάρυβδις) — Yunan mifologiyasında dəniz canavarıdır. Xaribda, digər dəniz canavarı olan Silla ilə birlikdə, Odissey, Yason və Eney kimi epik qəhrəmanların qarşısına çıxan bir çətinlik kimi təsvir edilir. Tədqiqatçılar onun Messina boğazında yerləşdiyini ehtimal edirlər. Başqa bir mifə görə, Xaribda Poseydon və Geyanın qızıdır və atasına sadiq bir xidmətçi kimi yaşayırdı.

Xaribda
Henri Fyuslinin "Odissey Ssilla və Xaribda arasında seçim qarşısında" adlı rəsm əsəri, 1794–1796.
Henri Fyuslinin "Odissey Ssilla və Xaribda arasında seçim qarşısında" adlı rəsm əsəri, 1794–1796.
Cinsi qadın[d]
Atası Poseydon
Anası Geya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ssilla və Xaribda arasında qalmaq" ifadəsi iki təhlükəli vəziyyət arasında seçim etmək məcburiyyətində qalmaq mənasında işlədilir.

Mündəricat

Təsviri

Messina boğazı, bir tərəfində Ssilla (qırmızı xətlə işarələnmiş), digər tərəfində isə Xaribda yerləşir.

Xaribdanın dar bir kanalın bir tərəfində, kiçik bir qayalıq altında yaşadığına inanılırdı. Qarşı tərəfində isə digər dəniz canavarı Ssilla yerləşirdi, o isə daha böyük bir qayanın içində yaşayırdı. Boğazın tərəfləri bir ox məsafəsində idi, yəni dənizçilər birindən qaçmağa çalışanda digərinə yaxınlaşmaq məcburiyyətində qalırdılar. "Ssilla və Xaribda arasında qalmaq" ifadəsi məhz buradan qaynaqlanır. Xaribda gündə üç dəfə böyük həcmdə su udur, sonra isə onu qaytararaq böyük burulğanlar yaradırdı, bu burulğanlar gəmiləri suyun dibinə çəkə bilirdi. Bəzi versiyalarda isə Xaribda dəniz canavarı yox, sadəcə nəhəng bir burulğan kimi təsvir edilir. Xaribda qədim yunan mifologiyasının ən qorxulu dəniz canavarlarından biridir. O, həm real coğrafi fenomenlərdən ilhamlanaraq, həm də əfsanəvi xüsusiyyətlərlə bəzədilmiş bir obrazdır. Ssilla ilə birlikdə yaratdığı təhlükə, əsrlər boyu dənizçilərin yaddaşında qorxulu bir mif kimi qalmış və dillər əzbəri olmuşdur.

Yunan tarixçiləri, o cümlədən Fukidid, Xaribdanın Messina boğazında, Siciliya sahillərində yerləşdiyini bildirirlər. Müasir tədqiqatçılar burada həqiqətən də bir burulğanın olduğunu təsdiq edirlər, lakin o, yalnız kiçik qayıqlar üçün təhlükəlidir və yalnız müəyyən hava şəraitində təhlükəli ola bilər.

Mifologiya

Mənşəyi

Xaribda atasına, Poseydona Zevslə mübarizəsində kömək edirdi və Poseydonun torpaq və adaları su altında qoymasına yardım edirdi. Zevs isə bu hərəkətinə görə qəzəblənərək onu ildırımla dənizin dibinə göndərdi. Orada Xaribda gündə üç dəfə dənizin suyunu içir və yenidən qaytararaq burulğanlar yaradırdı. O, Ssilla ilə üz-üzə yerləşən bir qaya üzərində yaşayırdı və boğazı keçənlər üçün böyük təhlükə yaradırdı.

Bəzi miflərdə isə Xaribda acgöz bir qadın kimi təsvir edilir. O, Heraklın öküzlərini oğurladığı üçün Zevs tərəfindən ildırımla dənizə atılmışdır və orada burulğan halında qalaraq öz acgözlüyünü qoruyub saxlamışdır.

Odissey

Odissey dar boğazdan keçərkən həm Xaribda, həm də Ssilla ilə qarşılaşır. O, Xaribdadan qaçmaq üçün gəmisini Ssillaya tərəf yönəltmək məcburiyyətində qalır və nəticədə altı dənizçisini itirir. Daha sonra Odissey təkbaşına bir sal üzərində boğazdan keçmək məcburiyyətində qalır. Xaribda onun salını udur, lakin Odissey qayanın üstündəki bir əncir ağacına yapışaraq xilas olur. Daha sonra, Xaribda suyu geri qaytardıqda, Odissey salı geri götürərək oradan uzaqlaşır.

Yason və Arqonavtlar

Arqonavtlar Heranın köməyi ilə Xaribda və Ssilladan xilas olurlar. Hera dəniz ilahəsi Fetidaya göstəriş verir ki, onları təhlükəsiz şəkildə boğazdan keçirsin.

Eneida

Vergilinin "Eneida" (Aeneid) əsərində, Troya qəhrəmanlarına Helen tərəfindən xəbərdarlıq edilir ki, Messina boğazından keçməsinlər. Onlara, boğazın əvəzinə Paxinus burnu (indiki Keyp Passero) ətrafından dolanmağı məsləhət görürlər. Lakin daha sonra onlar Etna vulkanının yanından keçərkən Xaribdanın burulğanlarına düşmək təhlükəsi ilə üz-üzə qalırlar və canlarını qurtarmaq üçün var gücləri ilə avar çəkməli olurlar.

Ezop və Aristotel

Aristotel "Meteorologiya" əsərində qeyd edir ki, Ezop bir dəfə bir qayıqçını Xaribda haqqında bir miflə ələ salmışdır. O demişdi ki:

  • Xaribda bir dəfə su udduqda, dağlar görünür.
  • İkinci dəfə su udduqda, adalar meydana çıxır.
  • Üçüncü dəfə isə bütün dənizi içərək qayıqçının çörəyini əlindən alacaq.

Bu, Ezopun Xaribdanın təhlükəsini və onun sonsuz gücünü şişirdən bir zarafatı idi.

Ədəbiyyat

  • Smith, William; Dictionary of Greek and Roman Biography and Mythology, London (1873). "Scylla" 1.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xaribda haqqında məlumat. Xaribda nədir? Xaribda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    ABŞ Konqresi

  • Fevral 24, 2026

    Qrönobl

  • Fevral 27, 2026

    Corc Harrison

  • Fevral 27, 2026

    Oran sülaləsi

  • Fevral 27, 2026

    Fosil

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst