Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədov Mobil Salman oğlu (10 sentyabr 1931, Gəncə – 3 iyun 2006, Bakı) — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının Xalq artisti (2000

Mobil Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Mobil Əhmədov

Əhmədov Mobil Salman oğlu (10 sentyabr 1931, Gəncə – 3 iyun 2006, Bakı) — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının Xalq artisti (2000).

Mobil Əhmədov
Doğum tarixi 10 sentyabr 1931
Doğum yeri Kirovabad, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
(hazırkı Gəncə, Azərbaycan)
Vəfat tarixi 3 iyun 2006 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978
IMDb ID3464631

Mündəricat

Həyatı

Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləyib. Sentyabr ayında isə MKT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla, zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.

Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, 40 valı var. Aktyor-müğənni Azərbaycanın Əməkdar artisti (1978) və Xalq artisti (2000) fəxri adlarına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.

Yaradıcılığı

Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar:

  • Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov);
  • Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov);
  • Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəstəkar Oqtay Kazımov).

Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri:

  • Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov);
  • Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev);
  • Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov);
  • Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov);
  • Bəxtiyar ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov);
  • Arzu, Zəfər, Yetim, Toğrul ("Olmadı elə, oldu belə", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və "Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov);
  • Cəsarət, Çingiz ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov);
  • Sahib ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov);
  • Etibar ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov).

Tərcümə əsərlərində oxuduğu partiyalar:

  • Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava);
  • Kote ("Keto və kote", Vladimir Dolidze);
  • Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A. Ovanov).

Filmoqrafiya

  1. Qara daşlar (film, 1956)
  2. Aktrisanın təbəssümü (film, 1974)
  3. Üzeyir ömrü (film, 1981)
  4. Məkanın melodiyası (film, 2004)
  5. Cümhuriyyətə doğru üç addım (film, 2008)
  6. Yeni il gecəsində (film, 1958)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mobil Əhmədov haqqında məlumat. Mobil Əhmədov nədir? Mobil Əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qetit

  • Fevral 27, 2026

    Vüqar Qaradağlı

  • Fevral 27, 2026

    Günəşkimilər

  • Fevral 27, 2026

    Yelenendorf

  • Fevral 27, 2026

    Kirovakan rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst