Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəşkimilər, əsasən şirin sularda yaşayırlar, xarici görünüşcə şüalılara çox oxşadırlar. Bədənləri kürə formasında olub, günəşin şüalarına bənzər yalançı ayaql

Günəşkimilər

  • Ana Səhifə
  • Vikipediya
  • Günəşkimilər

Günəşkimilər yarımsinfi (lat. Heliozoa ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir.

Günəşkimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Tip:
Amoebozoa
Yarımtip:
Lobosa
???:
Günəşkimilər
Beynəlxalq elmi adı
  • Heliozoa Haeckel, 1866
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
ITIS  43781
EOL  4993

Mündəricat

Haqqında

Günəşkimilər, əsasən şirin sularda yaşayırlar, xarici görünüşcə şüalılara çox oxşadırlar. Bədənləri kürə formasında olub, günəşin şüalarına bənzər yalançı ayaqlar əmələ gətirirlər. Şüalılardan fərqli olaraq, günəşkimilərdə mərkəzi kapsula olmur. Sitoplazma bir və ya bir neçə nüvədən ibarət olan dənəvər endoplazmaya malikdir. Ektoplazma şəffafdır, tərkibində bir və ya iki yığılan vakuol vardır.Günəşkimilərin yalançı ayaqları endoplazmadan başlanğıc götürür. Psevdopodaların mərkəzindən xaricdən duru sitoplazma ilə əhatə olunan, bir qədər qatı xətt keçirki, belə yalançı ayaqlar aksopodalar adlanır. Aksopodalar uzanıb – qısaldığı kimi , əyilədə bilir. Bunun hesabına günəşkimilər kiçik yosunlar, təkhüceyrələrdən başqa, daha iri şikara – rotatorilərə, kiçik xərçənglərə hücüm edə bilirlər. Əksər günəşkimilərdə möhkəm mineral skelet olmur, bəzilərində isə silisium-oksiddən ibarət iynələr vardır. Günəşkimilər qeyri-cinsi yolla çoxalırlar . Şirin sularda yaşayan Actinophrys və Actinosphaerium cinsinin nümayəndələrində cinsi çoxalma da müşahidə olunur. Actinophrys sol növündə cinsi proses aşağıdakı qaydada gedir: günəşkimi bölünür və həlməşikşəkilli qatla örtülür. Qız fərdlərin nüvəsi də ikiyə bölünür. Sonra qız fərdlər yenidən birləşərək ziqota əmələ gətirirlər. Ziqota müəyyən sakitlik dövrü keçirdikdən sonra yetkin günəşkimiyə çevrilir. Belə cinsi çoxalma prosesi pedoqamiya adlanır.

Günəşkimilərin böyük əksəriyyəti sərbəst yaşayır, lakin onların oturaq həyat tərzi keçirən formaları da vardır, onlar substrata xüsusi saplaqlar vasitəsilə birləşirlər.Xəzər dənizində cəmi 2 növ günəşkimilər aşkar edilib: Protactrum maxina Grimm və Schulzia pelagica Gr. Azərbaycanın şirinsu hövzələrində isə 8 növ günəşkimilər tapılıb. Onlardan Actinophrys sol Ehr ., A. VESİCULATA Pen., Actinosphaerium eichhorni Ehr., Heterophrys radiata West., Glathrulina cienkowskiii Mer., Nuclearia simplex Gienk Kosmopolit növlərdir. Bundan başqa, Lənkəranın çəltik tarlalarında A.eichhorni və A.sol növləri də tapılmışdır.

Həmçinin bax

  • Sarkomastiqoforlar
  • Sarkodinlər
  • Birhüceyrəlilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günəşkimilər haqqında məlumat. Günəşkimilər nədir? Günəşkimilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Pəri

  • Fevral 27, 2026

    Myoziya

  • Fevral 23, 2026

    Moisey Xorenli

  • Fevral 27, 2026

    Aşağı Şorca

  • Fevral 27, 2026

    Clupeidae

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst