Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İ

Nəcməddin Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcməddin Əhmədov

Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971).

Nəcməddin Əhmədov
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
12 yanvar 1981 – 1986
ƏvvəlkiAydın Məmmədov
SonrakıOqtay Zeynalov
Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi
1971 – 1981
SonrakıZahir Əbdürəhmanov
Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi
1964 – 1971
SonrakıNadir Balakişiyev
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyun 1923(1923-06-23)
Doğum yeri
  • Əngəxaran, Şamaxı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 7 sentyabr 1995(1995-09-07) (72 yaşında)
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1951–1991)
Fəaliyyəti siyasətçi

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Milyon fil və ağ çətir" ordeni

Həyatı

Nəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur.

Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir.

Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, 20 ilə yaxın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin üzvü, Respublika Sülh Fondunun sədri, Beynəlxalq Qardaşlaşmış Şəhərlər Federasiyasının vitse-prezidenti olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də Laosun "Milyon fil və ağ çətir" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, 3 dəfə isə SSRİ-nin Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqının fəxri fərmanı ilə təltif olunmuşdur.

Nəcməddin Əhmədov 7 sentyabr 1995-ci ildə vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcməddin Əhmədov haqqında məlumat. Nəcməddin Əhmədov nədir? Nəcməddin Əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vitali Ginzburq

  • Fevral 27, 2026

    Henri Ford

  • Fevral 27, 2026

    Səqifə

  • Fevral 27, 2026

    Ağdamın işğalı

  • Fevral 28, 2026

    Kətran

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst