Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə — 19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçəri və sipahilər tərəfindən başlanan üsyan.

Çinar hadisəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Çinar hadisəsi

Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə — 19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçəri və sipahilər tərəfindən başlanan üsyan.

Hadisələr əsnasında edam edilənləri təsvir edən miniatür

Mündəricat

Üsyan öncəsi

XVII əsrin əvvəllərindən etibarən Osmanlı İmperiyası idarəçilik nöqteyi nəzərindən olduqca qarışıq illər yaşayırdı. Bu vəziyyət xüsusilə IV Murad səltənətindən sonra özünü büruzə verdi. Uşaq yaşlarında taxta çıxan IV Mehmedin dövlət idarəsini əlinə ala bilməməsi səbəbilə sarayda validə sultanlar və saray xadimləri nüfuz qazanmışdı. Dövlət xadimləri arasında başlayan rəqabət qızışmış, bu vəziyyət sarayda gərgin bir hal almışdı. Bu səbəblə Venesiya ilə gedən dəniz döyüşlərində qələbə qazanılmamış, hətta İstanbul boğazı mühasirəyə alınmışdı. Bundan başqa imperiyanın maliyyə vəziyyəti də olduqca pis idi. Ülufələri vaxtında ödəyə bilməyən dövlət xəzinəsi əsgərə əyarı aşağı salınmış sikkələr paylayır, bu isə dövlətlə ordu və əhali arasında vəziyyəti daha da gərginləşdirmişdi.

Üsyan gedişatı

O illərdə xəzinədar kəndxudası olan Manoğlu Mir Hüseyn bəyin qeydlərinə görə, Krit səfərindən qayıdan və 2 ildən çoxdur maaş ala bilməyən bəzi yeniçərilər bəzi dövlət adamlarının da təhriki ilə Ağaqapısına şikayət etdilər. Ancaq burada istədiklərini ala bilməyən yeniçərilər ordu qışlağına döndülər və buradakı digər əsgərlərlə ittifaq qurdular.

Bu əsnada ülufələrini ala bilməyən sipahilər də Ət meydanına gəldilər və 2 mart 1656, cümə günü yeniçərilərə qoşuldular. Sipahi Mehtər Həsən ağa, Şamlı Mehmed ağa və Qaraqaş Mehmed ağa kimi vaxtilə vəzifələrindən qovulanlar da üsyana qoşuldular saraya xəbər göndərərək ayaq divanı istədiklərini bildirdilər. Saraydan gələn ilk cavab isə çox sərt oldu. Bəzi yeniçəri ağaları vəzifədən alındı və üsyançı dəstələrə məsləhət verməsi üçün bəzi üləmalar göndərildi. Buna baxmayaraq üsyankar dəstələr fikirlərindən dönmədilər.

Üsyançılar 4 mart bazar günü Ət meydanından At meydanına keçərək məsləhət üçün göndərilən Şeyxülislam Hüsamzadənin adamlarından olan Qara Abdullah ağanı öldürdülər. Ardından saraya xəbər yollayaraq yenə padşahı ayaq divanına çağırdılar. IV Mehmed vəzirlər, elm adamları və bir qrup əsgərlə ayaq divanı üçün Alay Köşkünə gəldi. Üsyançılar padşaha şikayətlərini şifahi olaraq danışdılar. Krit səfərində baş verən haqsızlıqlar, ardından paylanılan əyarı aşağı pullar və ülufələrin verilməməsindən şikayətləndilər. Nəhayət, saray əhlindən 30 nəfərin adını verərək bu adamların edamını istədilər. Padşahın yanında olan və hələ bir neçə saatdır sədrəzəm seçilən Zurnazən Mustafa Paşa bu adamların mallarının müsadirə edilməsini və sürgün edilməsini təklif etsə də, üsyançılar bu dəfə yeni sədrəzəmin də kəlləsini istədilər. Nəhayət ard arda edamlar başladı. Əvvəlcə padşahın əmriylə darüssəadə ağası Bəhram ağa, qapıağası Bosniyalı Əhməd ağa və İbrahim ağa bostancıbaşı tərəfindən edam edildilər. Cəsədləri saraydan çıxarılaraq üsyançılara təslim edildi. Növbəti 3 gün ərzində 30-a yaxın saray adamı ələ keçirildi və öldürüldü. Qətlə yetirilənlərin cəsədləri Sultanəhməd meydanındakı çinar ağaclarından asıldı. Buna görə də, bu hadisə Osmanlı tarixində Çinar hadisələri adlanır. Üsyan nəticəsində üsyançıların tələbinə uyğun olaraq sədarət və şeyxülislamlıq vəzifələrində dəyişikliklər oldu. Nəhayət, 8 mart 1656 tarixində sipahilərə ülufələri paylandı. Yeniçərilər isə edamını tələb etdikləri qalan saray adamlarının sonradan təslim ediləcəyi şərtilə ayaqlanmanı dayandırdılar. Beləliklə, üsyan yatırıldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çinar hadisəsi haqqında məlumat. Çinar hadisəsi nədir? Çinar hadisəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baydarka

  • Fevral 27, 2026

    Ekzorsizm

  • Fevral 27, 2026

    Qəmər adaları

  • Fevral 27, 2026

    Niklot

  • Fevral 27, 2026

    Tatev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst