Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kvínt Septímius Flórens Tertullián (lat. Quintus Septimius Florens Tertullianus; təq. 160, Roma Kartaca[d], Afrika[d], Roma imperiyası – təq. 240, Roma Kartaca[

Tertullian

  • Ana Səhifə
  • Vikipediya
  • Tertullian

Kvínt Septímius Flórens Tertullián (lat. Quintus Septimius Florens Tertullianus; təq. 160, Roma Kartaca[d], Afrika[d], Roma imperiyası – təq. 240, Roma Kartaca[d], Afrika[d], Roma imperiyası) — ən tanınmış erkən Xristianlığın yazıçılarından, ilahiyyatçılarından və apologetlərindən biri, 40-a yaxın əsərlərin müəllifi. Latındilli patristikanın və apologetikasının əsaslarını qoymuşdur. Ondan sonra Qərb kilsəsinin xadimləri əsərlərini yunanca deyil, latınca yazmağa başlamışdırlar.

Tertullian
lat. Quintus Septimius Florens Tertullianus
Doğum tarixi təq. 160(0160)
Doğum yeri
  • Roma Kartaca[d], Afrika[d], Roma imperiyası
Vəfat tarixi təq. 240(0240) (79–80 yaşında)
Vəfat yeri
  • Roma Kartaca[d], Afrika[d], Roma imperiyası
Elm sahəsi fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Xristianlığın yaranması
Patristika
Apologetika
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Latındilli apologetika:

Minusius Feliks  • Arnobius  • Laktansius  • Tertullian

Qnostiklərə qarşı olanlar:

İrineus Lionlu  • İppolit Romalı

İskəndəriyyə ilahiyyat məktəbi:

Klement  • Origen

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Rəsmi kilsə tərəfdarları:

Atanasius  • İoann Xrisostom  • Saxta Dionisius
Kappadokiyalı kilsə ataları:
Basil Qeysəriyyəli  • Qriqor Nazianzen  • Nissalı Qriqori

Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:

Nestorianlıq  • Monofizitizm  •
Monofelitlik  • İkonomaxiya

'Ekumenik Kilsə Məclisləri'
Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian mistisizmi

Xristian rahibliyi  • İsihazm

Şərq və Qərb kilsələrinin aralanması
Xristian simvolikası

Mündəricat

Həyatı

Şimali Afrikada, bütpərəst ailəsində anadan olmuşdur. Onun atası Roma ordusunun senturionu idi. Tertullianın özü isə hüquqçu olmuşdur. Hüquq, fəlsəfə və ritorika üzrə təhsil almış və bu elmlərə mükəmməl yiyələnmişdir. Təxminən 40 yaşında ikən, xristianlığı qəbul etmişdir. Bu barədə kilsə tarixçisi Qeysərli Eusebios yazmışdır. Bundan sonra sonra, təxminən 193-cü ildə, Kartaca şəhərində kilsədə keşiş rütbəsini almışdır, sonra isə Romaya köçmüşdür. Ancaq tənqidçilər onun hüquqçu və keşiş olmasına şübhə edib hesab edirlər ki, onu başqa Tertullian adını daşıyan adamla səhv salıblar.

Tertullian öz həyat yoldaşının adına kitab yazdığına görə, önun rahib olmamasını iddia etmək olar.

Xristianlığın əleyhdarlarına qarşı çox kəskin ifadələrlə dolu əsərlər yazmış, hereslərlə (küfrlə) mübarizə aparmış.

Ancaq 207-ci ildən sonra o, rəsmi xristian kilsəsi tərəfindən rədd edilən və montanizm adlanan bir heretik təriqətin ardıcılı olmuşdur. Buna baxmayaraq, Tertullian xristian ehkamlarının tənqidlərdən müdafiə olunmasında çox böyük rol oynamışdır. Hətta montanizmin ardıcılı olandan sonra da, "onun əsərlərində ordtodoksal xristian ilahiyyatının ruhu var idi".

Bəzi məlumatlara görə o sonra montançılardan da ayrılıb öz təriqətini yarada bilərdi. Hətta Kilsə tərəfindən rədd edildikdən sonra da, Tertullian heretiklərə (yollarını azmışlara), özəlliklə də qnostiklərə qarşı mübarizə aparmışdı.

Bir başqa kilsə xadimi Hiyeronima görə Tertullian uzun ömür yaşamışdır. Ancaq onun 225-ci ildən sonra həyatda olması haqqında heç bir fakt yoxdur.

Əsərləri

31 əsəri bizim zamanımıza çatmışdır. Bundan başqa 15-ə yaxın yazısı haqqında başqa mənbələrdə xəbər verilir. Ancaq onlar itirilmişdirlər.

Tertullianın əsərlərini şərti olaraq 3 hissəyə bölmək olar:

  • Xristianlığı müdafiə edən, "Apologeticus" (Apologetik risalə) kimi əsərlər;
  • Heretiklərə qarşı yönəlmiş, "De Praescriptione haereticorum" (Heretiklərin təkzib edilməsi), "Adversus Praxean" (Prakseana qarşı) kimi əsərlər;
  • Əxlaq haqqında olan "De Cultu Feminarum" (Qadınların geyimləri haqqında), "Ad Uxorem" (Arvadıma məktub) kimi əsərlər.

Fəlsəfə haqqında

Tertulian yunan-roma fəlsəfəsinə mənfi münasibət bəsləyirdi. Onun fikrincə fəlsəfə ümumiyyətlə Xristianlığa ziddir. Lakin onu nəzərə almaq lazımdır ki, o dövrdə Xristianlığa bir çox antik təlimlərin elementləri daxil olunmuşdur və onun tərəfindən həzm edilmişdi. Xüsusilə bu stoitsizmin etik təliminə aiddir. Tertullian kimi apologetlər, artıq bu elementləri Xristianlığın ayrılmaz hissəsi hesab edirdilər. Məhz buna görə Tertullian Senekaya "bizim Seneka" ("saepe noster") demişdir. Sonra isə Senekanın güya xristian olduğu, onun həvari Paulusla məktublaşdığı haqqında əfsanələr uydurulmuşdır. Tertulliana görə bütpərəstlərin fəlsəfəsi çox mürəkkəb, incəsənətləri həddən artıq zərif, özləri və dinləri isə əxlaqsızdır. Bunlardan fərqli olaraq, Xristianlıq insan təbiəti və cəmiyyətinin bütün tələblərinə uyğun kə lir. Bütpərəstlərin fəlsəfəsindən fərqli olaraq, Xristianlıq çox sadədir, sərbəst başa düşüləndir. Ən əsası isə bu dində həqiqətin hazır vəziyyətdə olmasıdır. Onu yoxlamaq və ya tədqiq etmək lazım deyil. Bu həqiqəti yalnız anlamaq lazımdır.

Biliyə və elmə qarşı

Bu müddəaları özü üçün rəhbər tutaraq Tertullian hətta elmin, biliyin, tədqiqatların əleyhinə çıxış edirdi. Məsələn o deyirdi:

" İsadan sonra bizim biliyə marağımız yoxdur, İncildən sonra isə araşdırmalara ehtiyacımız yoxdur; "
" İmanın qaydalarının əleyhinə heç nəyi bilməmək – hər şeyi bilmək deməkdir. "

Tertulliana görə düşüncədən yalnız dini ehkamların təsdiq edilməsi üçün istifadə edilə bilər. Ancaq o bunu da çərçivələndirirdi. Bir çox xristian düşünürlərindən fərqli olaraq o, təvilləri, alleqoriyaları rədd edirdi və Müqəddəs Kitabın yalnız hərfi mənalarına üstünlük verirdi.

Onun fikrincə Müqəddəs Kitabda, bəzi rəvayətlər və ya ifadələr yalnız insan düşüncəsi baxımından məntiqsiz və cəfəngiyyat kimi görsənə bilər.

Əslində isə onlar bizim düşüncə qabiliyyətimizdən daha yüksək məqamlara toxunur. Yəni insan bu İlahi sözləri dərk etmə qabiliyyətində deyil və onları olduğu kimi, düşünmədən, imanla qəbul etməlidir. Bu fikri təsdiq etmək üçün Tertullian deyirdi:

" Tanrının oğlunu çarmıxa çəkmişdirlər; bu ayıb olsa da, biz bundan xəcalət çəkmirik. Tanrının oğlu ölmüşdür; biz buna inanırıq, çünki bu cəfəngiyyatdır. O, dəfn olduqdan sonra dirilmişdir; buna şübhə etmək olmaz, çünki belə şey mümkün deyil. "

Elə Tertuallianın bu deyimindən məşhur "Credo quia absurdum" (İnanıram çünki cəfəngiyyatdır) kəlamı yaranmışdır.

Tertulliana görə, təmiz imandan fəlsəfəyə və ümumiyyətlə düşüncəyə doğru edilən hər bir addım heresə (küfrə), xristian təliminin təhrifinə gətirir. Düşüncəyə və biliyə qarşı çıxış edən Tertullian, ağılı hissiyyatın bir növ davamı kimi qiymətləndirirdi. Onların təbiəti də eynidir. Mömin adama hissiyyatı Tanrı verir, və buna görə də o yanlış bir şeydən xəbər verə bilməz. Məhz bu hissiyyatın vasitəsilə insan, Tanrı, dünya və ətraf mühit haqqında məlumat alır. Bu səbəbdən mömin insan öz daxili səsinə diqqətlə qulaq asmalıdır, ruhundan gələn instinktiv hislərə etibar etməlidir.

Tertullianın biliyi inkar etməsi və imana həddən artıq yer verməsi, sonda onun ortodoksal Xristianlıqdan çıxmasına səbəb olmuşdur. Onu cəzb edən, heretik təlim hesab edilən montanizm oldu, çünki bu təlimin ardıcılları daxildən gələn səsə böyük əhəmiyyət verirdilər.

Kilsəyə münasibəti

Tertullian bir neçə xristian ehkamlarının yaradıcısı da sayıla bilər. Məsələn, o hesab edirdi ki, Kilsə birbaşa İsanın müqəddəs həvariləri (apostolları) tərəfindən yaradıldığına görə, ən yüksək müqəddəs qurumdur (avtoritetdir). Əsl həqiqəti yalnız Kilsə vasitəsilə əldə etmək mümkündür. Eyni zamanda, Kilsəyə günah anlayışını şamil etmək olmaz. Bu fikir sonralar Katolik Kilsəsi tərəfindən bir ehkam qəbul edilmişdir və onun başçıları — papalar, özlərini günahsız insanlar elan etmişdirlər.

Bundan sonra "günahsız" və "müqəddəs" Kilsə Məclisləri, Müqəddəs Kitabların və ənənəsinin yozulması səlahiyyətində olduğunu iddia etmişdirlər. Lakin bu cür Kilsə yalnız dövlət tərəfindən tanınmış rəsmi Kilsə ola bilər. Qnostiklərin kilsələri həqiqət daşıyıcısı deyil, çünki Tertulliana görə, onların bünövrəsi yoxdur.

Lakin sonra Tertullianın fikri Kilsəyə qarşı dəyişmişdir və o, dində öz mənfəətlərini güdən keşişlərin çox olduğunu görərək, onların əleyhinə çıxış etməyə başlamışdır. Eyni zamanda o, Kilsə və Kilsə yığıncaqlarına qarşı da ifadələr səsləndirirdi.

Tanrı və Üçlük haqqında

Xristianlığın ən əsas ehkamı olan – Ata, Oğul və Müqəddəs Ruh üçlüyünün ifadəsinə də ilk dəfə Tertullianın əsərində rast gəlmək olar. Tertullianın fikrincə Tanrı vahiddir, lakin onun daxilində həmişə Onun sözü (Loqos) və mərhəməti (Müqəddəs Ruh) olub. Sonra, dünyanı yaradarkən Ata Oğluna (Loqosa) sərbəst mövcud olma hüqüqunu verib. Daha sonra, yolundan azmış bəşəriyyəti xilas etmək üçün, Ata Müqəddəs Ruhu da bir şəxsiyyətə çevirir. Bu ruh onun Oğlundan çıxır. Ata-Oğul-Müqəddəs Ruh üçlüyünün hər bir üzvü digərinə tabedir və onların adını əks istiqamətdə çəkmək olmaz.

Ümumiyyətlə isə, Tanrı, Tertulliana görə, yaradıcıdır və əbədi mərhəmət sahibidir. Onun mahiyyəti insan üçün açıla bilməz. Lakin yaradılan dünyaya diqqətlə baxanda, Onun mövcud olmasını sübut edən dəlillər vardır. Tanrı ruhdur, ancaq bu ruh maddiləşmiş ruhdur, çünki bir şeyin maddi çərçivəsi yoxdursa, o yoxluqdur. Ruhu da olsa, Tanrının (konkret cism olduğuna görə) gözləri, əlləri, əyaqları da vardır, lakin onların təbiəti insanınkından fərqlidir. Bu fikri subuta yetirmək üçün, Tertullian Müqəddəs kitabın hərfi mənalarına istinad edirdi. İnsan ruhu da maddiləşmişdir, əks təqdirdə o ətraf mühiti duya bilməz, çünki duymaq üçün düyülan şeyin bənzəri olmalıdır. Lakin maddiləşmiş olsa da ruh ölməzdir.

Cəmiyyət haqqında

Tertullianın ictimai fikirlərində dualizm əlamətləri vardır. O cəmiyyəti bir-birinə zidd olan iki böyük hissəyə bölürdü. Biri dünya ilə bağlı olan "şeytanın düşərgəsidir", digəri isə "Tanrı düşərgəsidir". İkincisini o Kilsə, Kilsə yığıncağı (ecclesia) adlandırmışdır. Hər iki "düşərgənin" öz tarixi, gələcəyi və dəyərlər sistemi vardır.

İradə azadlığı haqqında

Tertulliana görə insanın əxlaqi təbiətinin əsasını təşkil edən xüsusiyyətlər ikidir: iradə azadlığı və ilkin günah. Azadlığın mövcud olmasının dəlili İlahi qanundur. Qanun yalnız seçim hüququna malik olan varlığa canlıya bilər. Ancaq insan iradəsi, Tanrı iradəsindən fərqli olaraq, təbiətinə görə yalnız mütləq xeyrə can atmır. O həmişə xeyirlə şər arasında seçim qarşısında qalır. Deməli insan müsbət keyfiyyətlərinə təbiətinə görə deyil, seçimi nəticəsində nail olur. Beləliklə, şər Tanrıdan gəlmir, o yalnız insanın mənfi seçiminin məhsuludur. Şər dünyaya ilk insan olan Adəm tərəfindən gətirilmişdir. O, ilk dəfə günaha bataraq, Tanrının qadağan etdiyi ağacın meyvəsini yemişdir. Bu addımla o xeyri deyil, şərin seçmişdir.

Ədəbiyyat

Opera omnia, 1598
  • Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 58-63. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  • Попов К. Тертуллиан, его теория христианского знания и основные начала его богословия. Киев, 1880.
  • Щеглов Н. Апологетик Тертуллиана. Библиографическое исследование. Киев, 1888. 216 стр.
  • Штернов Н. В. Тертуллиан, пресвитер Карфагенский. Очерк учено-литературной деятельности его. Курск, 1889. 414 стр.
  • Мазурин К. М. Тертуллиан и его творения. М., 1892. LXV, 356 стр.
  • П. Ф. Преображенский Тертуллиан и Рим Издательство: Едиториал УРСС, 240 стр. 2004 ISBN 5-354-00911-1
  • Альбрехт М. фон. История римской литературы. / Пер. с нем. Т. 3. М., 2005. С. 1663–1690.
  • Иоанн Мейендорф. Богословское учение Тертуллиана
  • С. С. Неретина. Тертуллиан: Афины или Иерусалим?
  • Салтыков А., прот. Тертуллиан об искусстве и о церковных художниках своёго времени 2016-03-04 at the Wayback Machine
  • EarlyChurch.org.uk Detailed bibliography and on-line articles.
  • Jerome's On Famous Men Chapter 53 is devoted to Tertullian.
  • Catholic Encyclopedia: Tertullian
  • Tertullian in the 1911 Encyclopædia Britannica
  • The Tertullian Project, a site which provides all of the works of this Father of Church in Latin, translations in many languages, manuscripts etc.
  • J. Kaye, Bishop of Lincoln (1845, third edition) The Ecclesiastical History of the Second and Third Centuries, illustrated from the writings of Tertullian. London: Rivington.

Həmçinin bax

  • Apologetika
  • Laktansius
  • Minusius Feliks
  • Arnobius

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tertullian haqqında məlumat. Tertullian nədir? Tertullian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Cim Cons

  • Fevral 23, 2026

    I Osman

  • Fevral 23, 2026

    Atlanta

  • Fevral 23, 2026

    Fəttah Heydərov

  • Fevral 24, 2026

    Xəzər Aslanov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst