Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.
| Fəttah Heydərov | |
|---|---|
| |
| 24 noyabr 1995 – 4 avqust 2020 | |
| 16 fevral 2013 – 4 avqust 2020 | |
| Əvvəlki | Budaq Budaqov |
| Sonrakı | Eldar Quliyev |
| 17 noyabr 1990 – 1995 | |
| Əvvəlki | vəzifənin adı dəyişdirilib |
| Sonrakı | Nizami Həmzəyev |
| 1983 – 17 noyabr 1990 | |
| Sonrakı | vəzifənin adı dəyişdirilib |
| 1980 – 1983 | |
| Sonrakı | Əli Məmmədov |
| 1978 – 1980 | |
| Sonrakı | Şəmsəddin Xanbabayev |
| 1976 – 1978 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 23 fevral 1938 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 4 avqust 2020 (82 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı |
|
| Dini | İslam |
| | |
| Təltifləri | |
Həyatı
Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MSSR Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
1976–1978-ci illərdə Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləmişdir.
1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000), II (2000–2005), III (2005–2010), IV (2010–2015), V (2015–2020), VI (2020) çağırış deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsində işləmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
- SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir.
- 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir
- 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilmişdir.
- 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Ailəsi
- 5 övladı olmuşdur.
- Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
- "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun babasıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəttah Heydərov haqqında məlumat. Fəttah Heydərov nədir? Fəttah Heydərov nə deməkdir?
