Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.

Hüseynbala Ağaverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseynbala Ağaverdiyev

Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.

Hüseynbala Ağaverdiyev
Azərbaycan SSR xalq yerli sənaye komissarı
1935 – iyul 1937
SonrakıZəkəriyyə Balaxlinski
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini
1935 – 16 may 1936
SədrHüseyn Rəhmanov
Azneft Birliyi rəisinin müavini
1929 – 1934
Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri
1927 – 1929
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I həmkatibi
21 yanvar 1926 – 1927
ƏvvəlkiRuhulla Axundov
SonrakıNikolay Gikalo
(Əliheydər Qarayev və Levon Mirzoyanla birlikdə)
Şəxsi məlumatlar
Doğum tarixi 1888(1888)
Doğum yeri
  • Kürdəxanı, Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 oktyabr 1937(1937-10-03) (48–49 yaşında)

Mündəricat

Həyatı

1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir. 1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin Xalq Yerli Sənaye komissarı vəzifəsində çalışmışdır. 1934-cü ildə Zaqafqaziya partiya təşkilatlarının VII qurultayında ÜİK(b) Zaqafqaziya Ölkə Komitəsinə, 1935-ci ildə isə Zaqafqaziya mərkəzi icraiyyə komitəsinə üzv seçilib.

Həbsi və ölümü

17 iyul 1937-ci ildə "Trotski-Zinovyevçi əksinqilabi təşkilatın fəaliyyətində iştirak" etməyə görə həbs edilmiş, 766-cı əmrlə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. 3 oktyabr 1937-ci ildə edam olunmuş, 24 dekabr 1956-cı ildə bəraət verilmişdir.

Ailəsi

Ağaverdiyeva Xədicəxanım Xudaverdi qızı (d. 1902 — ö. 13 fevral 1944) ilə evlənmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılmış və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xədicəxanım Ağaverdiyeva 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət almışdır. Övladları:

  • Sara Ağaverdiyeva (d.1922)
  • Törə Ağaverdiyeva (d.1925)
  • Lətifə Ağaverdiyeva (d.1929)
  • Şükufə Ağaverdiyeva (d.1934)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseynbala Ağaverdiyev haqqında məlumat. Hüseynbala Ağaverdiyev nədir? Hüseynbala Ağaverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Nübuvvət

  • Fevral 27, 2026

    Toplama

  • Fevral 27, 2026

    Yekaterina Valua

  • Fevral 23, 2026

    Şəvval

  • Fevral 27, 2026

    Proses

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst