Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Ağcakənd (əvvəlki adı: Şaumyanovsk) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Res

Aşağı Ağcakənd

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Ağcakənd

Aşağı Ağcakənd (əvvəlki adı: Şaumyanovsk) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Goranboy rayonunun Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılmışdır.

Qəsəbə
Aşağı Ağcakənd
40°25′20″ şm. e. 46°33′36″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Gəncə-Daşkəsən iqtisadi rayonu
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adı Şaumyanovsk
Mərkəzin hündürlüyü 926 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.105 nəfər
Milli tərkibi azərbaycanlılar
Etnoxronim goranboylu
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2212
Nəqliyyat kodu 22
Digər
goranboy-ih.gov.az
Xəritəni göstər/gizlə
Aşağı Ağcakənd xəritədə
Aşağı Ağcakənd
Aşağı Ağcakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

1938-ci ildən 1992-ci ilədək Şaumyan adlandırılmışdır. Qarabağ yaylasında yerləşən Ağcakənd yaşayış məntəqəsinin adının qarşılığıdır.

Tarixi

Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. 1991-ci ildə keçirilən Halqa əməliyyatından sonra Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi.

1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. Aşağı Ağcakənddə bərpa işləri indiyə qədər davam edir.

Hazırda Xocalı köçkünləri Aşağı Ağcakənddə və ona yaxın kəndlərdə məskunlaşdırılıb. Xocalı Rayon İcra Hakimiyyəti də burada yerləşir. Odur ki, ərazinin inzibati idarəçiliyi Xocalı rəsmilərinə aiddir.

Coğrafiyası və iqlimi

Kənd Qaraçayın (Goran çayının yuxarı axarı) sahilində, dağlıq ərazidə yerləşir. Ərazisi təbii relyefinə görə turizmin inkişafı üçün əlverişli və iqtisadi potensiala malik ərazi kimi seçilmiş, burada turizm-istirahət mərkəzi yaradılmışdır.

Əhalisi

Aşağı Ağcakənd qəsəbəsinin Sovet dövründə əhalisi çox olmuşdur. Erməni işğalından və qarətindən sonra əhali xeyli azalmışdır. İndi Aşağı Ağcakənd qəsəbəsində cəmi 209 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Qəsəbədə təsərrüfat inkişaf etməkdədir. Əsasən taxılçılıq, kartofçuluq və meyvəçilik üstünlük təşkil edir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Ağcakənd haqqında məlumat. Aşağı Ağcakənd nədir? Aşağı Ağcakənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Bitərəf siyasətçi

  • Fevral 27, 2026

    Bərgüşad nahiyəsi

  • Fevral 27, 2026

    Sega Saturn

  • Fevral 27, 2026

    Flensburq hökuməti

  • Fevral 27, 2026

    Makanruşi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst