Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdür.

Tort

  • Ana Səhifə
  • Vikipediya
  • Tort

Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdür.

Tortlar

Mündəricat

Tort müxtəlif ölkələrdə

Vikitort (Wik-Cake)

Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir.

Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir. Bu möhtəşəm tortun bir hissəsini dondurma təşkil edirdi, onun görkəmi isə ştatın coğrafi kartında olduğu kimdir.

Dünyada ən uzun toru Peru kulinarları tərəfindən yaradılmışdır. Onun uzunluğu 46 metrdən ibarət idi. Üzəri bolluca şəkərlə qarışdırılmış meyvələrdən və kremdən olan qızılgüllərindən təşkil olunmuşdu. Daha sonra bu tortu 15 000 hissəyə bölərək, Peruda həmin ay ərzində ad günü olan bütün uşaqlarına payladılar.

Bizim qonşu Rusiya da bu rekordlardan uzaqda qalmamışdır. Ən böyük formada olan tort Moskvanın tanınmış Mərkəzi Univermağının ad günündə hazırlanmışdır. Tort bol formada cem və marsipanla (badam qurəbiyyəsi; döyülmüş badamla şəkərdən hazırlanan şirniyyat) bəzədilmişdir. Onun hündürlüyü Ginnesin rekordlar kitabında mütəxəssiz kimi işləyən ekspertlər tərəfindən ölçülmüşdür. Üç metrdən və üç tondan ibarət olan bu tort seçilirdi.

İlk əvvəl çoxpilləli tortlar Londonda meydana gəlmişdir. Bu kimi tortları zallara gətirərkən öz görkəmi, hündürlüyü, çəkisi ilə mərasim iştirakçılarını heyrətləndirir. Lakin bu tipli proses ilk dəfə olaraq XVIII əsrdə həyata keçirilmişdir. Müasir zamanımızda tortlar beze, marsipan, şokolad, meyvə və merenqa (çalınmış yumurta ağı, qənd və qaymaqdan hazırlanan pirojna) ilə hazırlanır. Tortun bəzədilməsi isə insanın fantaziyasından və onu sifariş verən şəxsin istəklərindən asılı olaraq dəyişir.

Tort Azərbaycanda

Azərbaycanda çox çeşidli tortlara rast gəlmək mümkündür və hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyət ilə seçilir.

Toy üçün nəzərdə tutulmuş tortların əksəriyyətinə Qədim Romada rast gəlmək olar, lakin burada tortu gəlinin başı ilə bəzəyirdilər. Xüsusən istəkdən asılı olaraq dəyişikliklər də etmək olurdu. Müasir zamanımızda isə toy üçün nəzərdə tutulan tortlar xüsusən seçilir. Əvvəllər tortların görkəmi əhəmiyyət kəsb etmirdi və onlar çox sadə hazırlanırdı. Beləliklə, xüsusi qaydada hazırlanan böyük desertlər bir neçə mərtəbədən təşkil olunur, bol qaydada meyvə və kremlə bəzədilir.

Tort nümunələri

  • Şvarsvald (tort)
  • Napoleon tortu
  • Şakotis tortu
  • Quş südü tortu
  • Qırmızı məxmər tortu
  • Soğan tortu
  • Ayerşekke tortu
  • Kosmos tortu
  • Opera tortu
  • Praqa tortu
  • Pavlova tortu
  • Gecə-gündüz tortu
  • Tsuq albalı tortu
  • Battenberq tortu

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tort haqqında məlumat. Tort nədir? Tort nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayterek (abidə)

  • Fevral 27, 2026

    Qaviallar

  • Fevral 10, 2026

    Azərbaycan

  • Fevral 27, 2026

    Rəcəb

  • Fevral 26, 2026

    Tiflis əmirliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst