Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam bölgəyə ilk gəlişindən etibarən indiki Gürcüstan torpaqlarında yayılmağa başlamışdır. VIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələndikdən so

Tiflis əmirliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Tiflis əmirliyi

Tiflis Müsəlman Əmirliyi (654–1122) — Tiflis şəhərində yerləşən müsəlman dövləti.

Tarixi dövlət
Tiflis Müsəlman əmirliyi
740 — 1122
Paytaxt Tbilisi
Din İslam
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam bölgəyə ilk gəlişindən etibarən indiki Gürcüstan torpaqlarında yayılmağa başlamışdır. VIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələndikdən sonra Tiflis şəhərini canişinliyin mərkəzinə çevirdilər. Tiflis əmiri əvvəlcə bütün Şərqi Gürcüstan əmirinə tabe idi. Sonralar ərəb xilafətinin zəifləməsi nəticəsində canişinliyin ərazisi Tiflis müsəlman əmirliyi ilə məhdudlaşdı. IX əsrin əvvəllərində isə təkcə Kartli, XI əsrdə isə ancaq Tiflis və ona bitişik vilayətlər əmirin hakimiyyəti altında qalmışdı. IX əsrdən etibarən əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı və 80-ci illərdə onlar buna nail oldular. Tiflis Müsəlman əmirliyi XI əsrin sonlarına kimi öz müstəqilliyini saxladı. 1121-ci ildə baş vermiş Didqori döyüşü nəticəsində Tiflis Müsəlman əmirliyi 1122-ci ildə ləğv edilərək Gürcüstan dövlətinin tərkibinə qatıldı. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar — Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir.

Mündəricat

Əmirliyin yaranması

Tiflis müsəlman əmirliyi Qafqazın ərəb orduları ilə 645-ci ildə başlayan fəthi prosesində, 735-ci ildə Tiflis şəhərinin Mərvanın başçılıq etdiyi ərəb orduları tərəfindən tutulması ilə yaranmışdır. Mərvan Əməvilər sülaləsindən olmaqla, xristian əhalisi arasında çox qeyri-populyar idi. Mərvan bütün Qafqazın canişini təyin olundu, onun vəzifəsinə yerli əhalini islamlaşdırmaq daxil idi, həmçinin o Tiflisə əmir təyin edirdi.

Ərazisi

Əvvəlcə Tiflis əmirliyinə bütün Şərqi Gürcüstan tabe idi, lakin VIII–IX əsrlərdən etibarən əmirliyin ərazisi tədricən kiçilməyə başladı. Lakin Borçalı ərazisində əmirlik tam olaraq möhkəmlənmişdi. IX əsrin sonunda əmirliyin cənub əraziləri erməni Baqratuni sülaləsi tərəfindən işğal edildi. IX əsrin ortalarında etibarən əmirliyin ərazisində qalan yeganə müsəlman şəhəri Tiflis idi. O zaman Tiflis Dərbəddən sonra Qafqazın ikinci ən böyük şəhəri idi və müsəlman şəhəri üslubunda qurulmuşdu. Şəhərdən kənarda yaşayan kənd və dağ əhalisi hələ də xristian olaraq qalmaqda idi. VIII əsrin ortalarında başlanmış mübarizənin nəticəsində Abxaziya knyazlığı ərəblərdən azad oldu, daha sonra IX əsrdə Lazika ərazisi Bizans tərəfindən ələ keçirildi.

Ədəbiyyat

  • Тбили́сский эмира́т // Струнино — Тихорецк. — М. : Советская энциклопедия, 1976. — С. 316. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 25).
  • Глава 6. Возникновение новых феодальных государств. § 5. Тбилисский эмират // Очерки истории Грузии: в восьми томах. II: Грузия в IV—X веках. Тб.: Мецниереба. Лордкипанидзе М. Д., Мусхелишвили Д. Л. 1988. Arxiv surəti 23 dekabr 2012 tarixindən Wayback Machine saytında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tiflis əmirliyi haqqında məlumat. Tiflis əmirliyi nədir? Tiflis əmirliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Mvali (Moheli)

  • Fevral 26, 2026

    Buryat dili

  • Fevral 25, 2026

    Qalatasaray Liseyi

  • Fevral 23, 2026

    Puştu dili

  • Fevral 24, 2026

    Məğrur Tarkvini

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst