Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəyyur Habil oğlu Yunusov (Qəyyur Yunus) (26 mart 1948, Əmircan) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rə

Qəyyur Yunus

  • Ana Səhifə
  • Vikipediya
  • Qəyyur Yunus

Qəyyur Habil oğlu Yunusov (Qəyyur Yunus) (26 mart 1948, Əmircan) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rəssamı (2015).

Qəyyur Yunus
Doğum tarixi 26 mart 1948(1948-03-26) (77 yaş)
Doğum yeri
  • Əmircan, Orconikidze rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam, rəngkar
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1967–1971),
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası (1971–1977)
Janrlar peyzaj, portret, natürmort, tarix rəssamlığı
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20152015 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 20022002 "Humay" mükafatı — 1995
"Tərəqqi" medalı — 20112011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yunusov Qəyyur Habil oğlu 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.

Qəyyur Yunusov hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə etmişdir. O, Səttar Bəhlulzadənin tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir.

Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında demişdir:

" "Bu kənddə anadan olmuşam, ilk təhsilimi burada almışam, sonra da ömürlük bu kəndə bağlanmışam. Hara getmişəmsə, yenə də Əmircana qayıtmışam. Əmircan mənim üçün dünyanın ən doğma, ən əziz bir yeridir. Bütün bunların hamısı yaradıcılığımda əksini tapıb". "

Yaradıcılığı

Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur. Müəllif Azərbaycan qadını obrazının zəriflik və nəcibliyi ilə təsvir edilməsinin əsas səbəblərindən biri kimi isə – "Allah gözəldir və gözəlliyi sevir" prinsipi ilə əsaslandırır. Yaratdığı zərif gözəllikli qadınlar obrazlarının çöhrələrində və sadə milli geyimlərində əks olunur. Müəllif təsvir etdiyi qadın obrazlarının məhz azərbaycanlı və müsəlman qadını olduqlarını xüsusilə vurğulayır.

Kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş nurani qadın portretlərinin arxa fonunda armud, balıq, quş, gül, epiqrafik yazılar və s. kimi müəyyən rəmzlərin istifadə olunur ki, bu da rəssamın öz şəxsi fantaziyasından və onların hər birinə verdiyi ayrı-ayrı simvolik anlamdan meydana gəlir. Belə səciyyələrin içərisində ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri də mövcuddur. Həmin yazılar, əsasən "Allah", "Bismillahir-Rəhmanir-Rəhim", "Əlif", "Ləm", "Mim", "Haqq", "La İlahə İlləllah" kimi dini kəlmələrdir. Qəyyur Yunus öz əsərlərinə imzasını Azərbaycan və Kiril əlifbası ilə bərabər Ərəb əlifbası ilə də qoyur. Bu baxımdan, Qəyyur Yunusun hər əsərində onun müsəlman olması vurğulanır və bu, qürurla tamaşaçıya çatdırılır.

1972-ci ildən etibarən Qəyyur Yunusun Azərbaycanda və müxtəlif xarici ölkələrdə 11 fərdi sərgisi keçirilib. Onun işləri Almaniya, Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılır. 1988-ci ildən etibarən Bakıda, Londonda, Alma-Atada fərdi sərgiləri açılıb. 1990-cı ildə rejissor Teymur Bəkirzadə tərəfindən rəssamın yaradıcılığından bəhs edən "Qəyyur" filmi çəkilib.

Hazırda Qəyyur Yunusun çəkdiyi rəsm əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tbilisi Xalqlar Dostluğu Muzeyində, Pavlador İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, Moskva Şərq Xalqları İncəsənət Muzeyində, Fransa Loranjeri Qalereyasında, Nyu-Yorkda D. Rokfellerin şəxsi kolleksiyasında saxlanılır.

Rəssamın sonuncu fərdi sərgisi Rusiyanın Moskva şəhərində Şərq Xalqları İncəsənəti Muzeyində keçirilmişdir. Onun bu sərgisi isə "Gizli və görünən" devizi altında keçirilib.

Mükafatları

  • "Humay" mükafatı – 1995
  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı – 30 may 2002
  • "Tərəqqi" medalı — 18 oktyabr 2011
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı – 30 dekabr 2015

Qalereya

  • "Ayın parçalanması". 1986
    "Ayın parçalanması". 1986
  • "Bakılılar", 1989
    "Bakılılar", 1989
  • "Nərgiz, Nigar və Aybəniz". 1991
    "Nərgiz, Nigar və Aybəniz". 1991
  • "Ata, qızı və balıq". 2004
    "Ata, qızı və balıq". 2004
  • "Əmircan mənzərəsi". 2006
    "Əmircan mənzərəsi". 2006

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəyyur Yunus haqqında məlumat. Qəyyur Yunus nədir? Qəyyur Yunus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ataqut

  • Fevral 27, 2026

    Apollonius (Tianalı)

  • Fevral 27, 2026

    Horadiz

  • Fevral 27, 2026

    İqnati Loyola

  • Fevral 27, 2026

    Aynur Mustafayeva

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst