Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kapital (alm. Das Kapital‎; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie‎) — Karl Marksın siyasi iqtisadiyyatın

Kapital (kitab)

  • Ana Səhifə
  • Vikipediya
  • Kapital (kitab)

Kapital (alm. Das Kapital‎; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie‎) — Karl Marksın siyasi iqtisadiyyatın tənqidi barədə olan kitabı. Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub.

Kapital
alm. Das Kapital‎
Müəllif Karl Marks
Janr esse
Orijinalın dili alman dili
Ölkə
  • Almaniya Federativ Respublikası
Orijinalın nəşr ili 1867
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı. Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı.

"Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam Smit və David Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" (ing. Theorien über den Mehrwert) adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı. "İzafi dəyər nəzəriyyələri" əsəri çox zaman "Kapital"ın dördüncü cildi kimi qəbul edilir və iqtisadi fikir tarixinə dair ilk əhatəli traktatlardan biri hesab olunur. 1867-ci ildə "Kapital"ın kapitalı tənqidi şəkildə təhlil edən birinci cildi nəşr olundu. "Kapital" muzdlu əməyin artımı, iş yerinin çevrilməsi, kapital yığımı, rəqabət, bank sistemi, mənfəət dərəcəsinin aşağı düşmə tendensiyası və torpaq icarəsi, habelə muzdlu əməyin kapitalın hökmranlığını davamlı olaraq necə təkrar ortaya çıxarması kimi mövzular vasitəsilə kapitalın yığılmasının dinamikasını təsvir edərək istehsal üsulunun keçmişdən gələcəyə qədər "hərəkət qanunları"nın izahını nəzərdə tuturdu. Marks qeyd edirdi ki, kapitalın hərəkətverici qüvvəsi haqqı ödənilməyən işləri izafi dəyərin əsas mənbəyini təşkil edən şəxslərin əməyinin istismarı ilə bağlıdır.

"Kapital"ın rus dilində nəşrinə olan tələbat tezliklə kitabın 27 mart 1872-ci ildə rus dilində 3000 nüsxə ilə çapına səbəb oldu. 1871-ci ilin payızına qədər "Kapital"ın alman dilindəki ilk nəşrinin bütün tirajları satılmış və kitab ikinci dəfə nəşr olunmuşdu.

"Kapital"ın II və III cildləri Marksın ömrünün sonunadək üzərində işləməyə davam etdiyi əlyazmalar olaraq qaldı. Hər iki cild Marksın ölümündən sonra Engels tərəfindən nəşr edilmişdi. Belə ki, əsərin II cildi 1893-cü ilin iyulunda Engels tərəfindən "II Kapital: Kapitalın dövriyyəsi prosesi" adı altında hazırlanıb dərc olundu. III cild isə bir il sonra – 1894-cü ilin oktyabrında "III Kapital: Bütövlükdə kapitalist istehsalı prosesi" adı ilə nəşr edildi. "İzafi dəyər nəzəriyyələri" əsəri o zamanlar geniş yayılmış "1861–1863-cü illərin iqtisadi əlyazmaları"ndan götürülmüşdü. Sonuncu "Kapital" üçün nəzərdə tutulmuş ikinci qaralama əsər olub "Marks və Engelsin əsərlərinin toplusu"nun 30–34-cü cildlərini əhatə edirdi. Daha dəqiq, "İzafi dəyər nəzəriyyələri" əsərlər toplusunun otuzuncu cildindən otuz ikinci cildinin sonuna qədər olan hissəni, daha geniş olan "1861–1863-cü illərin iqtisadi əlyazmaları" isə əsərlər toplusunun otuzuncu cildinin əvvəlindən otuz dördüncü cildinin birinci yarısına qədərki hissəni ehtiva edirdi. Əsərlər toplusunun otuz dördüncü cildinin digər yarısı isə "Kapital" üçün nəzərdə tutulmuş üçüncü qaralama əsər olan "1863–1864-cü illərin iqtisadi əlyazmaları"nın bugünədək çatmış fraqmentlərindən ibarətdir və onun da böyük bir hissəsi "Kapital"ın I cildinin "Penguin" nəşriyyatı tərəfindən çap olunmuş nəşrinə əlavə kimi daxil edilmişdi. "İzafi dəyər nəzəriyyələri" alman dilində ixtisar olunmuş şəkildə 1905 və 1910-cu illərdə dərc olunmuşdu. Bu ixtisar olunmuş nəşr sonralar ingilis dilinə tərcümə olunaraq 1951-ci ildə Londonda çap edilmişdi. "İzafi dəyər nəzəriyyələri" tam şəkildə, ixtisar olunmadan 1963 və 1971-ci illərdə Moskvada "Kapital"ın IV cildi kimi çapdan çıxmışdı.

Həmçinin bax

  • Vladimir Lenin
  • Kommunizm
  • Fridrix Engels

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kapital (kitab) haqqında məlumat. Kapital (kitab) nədir? Kapital (kitab) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bingöl ili

  • Fevral 27, 2026

    Veps dili

  • Fevral 27, 2026

    Cibəl

  • Fevral 27, 2026

    Boris Piotrovski

  • Fevral 27, 2026

    Clupea

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst