Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

VI Flipp Burbon (30 yanvar 1968[…], Madrid) - 19 iyun 2014-ci ildən İspaniya kralı, I Xuan Karlosun oğlu.

VI Flipp

  • Ana Səhifə
  • Vikipediya
  • VI Flipp

VI Flipp Burbon (30 yanvar 1968[…], Madrid) - 19 iyun 2014-ci ildən İspaniya kralı, I Xuan Karlosun oğlu.

VI Flipp
isp. Felipe VI
İtaliya kralı
Vəzifədədir
19 iyun 2014-cü ildən
    ƏvvəlkiI Xuan Karlos
    Asturiya şahzadəsi
    22 yanvar 1977 – 17 iyun 2014
    Şəxsi məlumatlar
    Doğum adı Felipe Juan Pablo Alfonso de Todos los Santos de Borbón y Grecia
    Doğum tarixi 30 yanvar 1968(1968-01-30)[…] (58 yaş)
    Doğum yeri
    • Madrid, Madrid vilayəti[d], İspaniya
    Təhsili
    • Madrid Avtonom Universiteti[d] (1988–1993),
    • Corctaun Universiteti
    Fəaliyyəti hökmdar[d], zabit
    Atası I Xuan Karlos
    Anası Yunan və Danimarkalı Sofiya
    Həyat yoldaşı
    • Letisiya Ortiz Rocasolano (2004)
    Dini katolisizm
    Hərbi xidmət
    Mənsubiyyəti İspaniya
    Qoşun növü İspaniya Quru Qoşunları
    Rütbəsi
    • general-kapitan[d]

    Təltifləri King Willem-Alexander Inauguration Medal — 2018 Knight Grand Cross of the Royal Victorian Order — 1988 Order of Lakandula — 2007 Grand Star of the Decoration for Services to the Republic of Austria Knight Grand Cross with Collar of the Order of the Holy Sepulchre "Moskvanın 850 illik xatirəsinə" medalı "Rumıniya ulduzu" ordeni "Xilaskar" ordeni Knight of the Order of the Golden Fleece — 1981 "Fəxri legion" ordeninin böyük xaçı — 2018 boyünbağılı "Payızgülü" ordeni Order of the Cross of Terra Mariana, 1st Class — 2007 "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 1995 Order of the Three Stars, 1st Class Order of the Three Stars, 2nd Class — 2004 Grand Cross of the Cross of Military Merit with White Decoration — 1986 Grand Cordon of the Order of Leopold — 1999 Knight of the Order of Adolphe of Nassau — 2001 "Xidmətlərə görə" ordeninin böyük xaçı — 2003 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 1996 Grand Collar of the Military Order of the Tower and Sword — 2016 Grand Cross of the Military Order of the Tower and Sword — 2006 Grand Officer of the Military Order of the Tower and Sword — 1996 Grand Cross of the Military Order of Christ Grand Cross of the Military Order of Avis — 1991 Grand Collar of the Order of Liberty — 2018 "Astek qartalı" ordeninin boyunbağısı — 2015 Supreme Order of the Renaissance — 1999 Grand Cross of the Order of May — 2009 "Peru günəşi" ordeninin böyük xaçı — 1991 "Fil" ordeninin cəngavər dərəcəsi — 2024 Knight of the Garter — 2017 Order of Sikatuna — 1995
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    VI Flipp 1968-ci ilin 30 yanvarında Madriddə anadan olmuşdur. 2014-cü ilin 19 iyununda atası Xuan Karlosun taxtdan oğlunun xeyrinə əl çəkməsindən sonra İspan kralı olmuşdur. İspan Burbonları sülaləsindəndir.

    Həyatının erkən illəri

    Flipp Madriddə doğuldu, ailənin üçüncü uşağı idi, İnfante Xuan Karlosun və Yunanıstanın və Danimarka şahzadəsi Sofiyanın tək oğlu idi. Onun Xaç suyuna salınma zamanı tam adı belə olmuşdur: Flipp Xuan Pablo Alfonso de Todos Los Santus. Bu adın mənası İspaniyanın birinci Burbon Kralı V Flippin, atası Xuan Karlosun, ana babası Yunanıstan və Danimarkanın kralı Kral Paul və de Todos Los Santusuna - "Bütün Müqəddəslər" hissələrindən ibarətdir. O, doğulan zaman atası kral deyildi, lakin o şahzadə kimi hazırlandı. Onun 8 yaşı olan zaman İspaniyanı idarə edən General Fransisko Franko öldürüldü. Bununla da onun atası taxt-taca yiyələndi. 1975-ci ilin 9 noyabr ayında atasının rəsmi kral kimi elan olunan zaman Flippdə onun yanında dayandı . Flipp atasından 1981-ci ildə "Qızıl Qoyun Yunu Yaxalığı"nı aldı. 1986-cı ildə Flipp Konstitutsiyaya və İspan parlamentinə sədaqət andı içdi, bununla da qanuni olaraq varis elan olundu.

    İspaniyada və xaricdə fəaliyyəti

    Flipp Los Rosales de Santa Mariya məktəbində, Kanada da Lakefield Kollecində çıxışlar etmişdr. Flipp Madrid Universitetinin Hüquq faküləsini bitirmişdir. Bundan başqa İqtisadiyyata aid nir necə kursu da bitirmişdir. Daha sonra Corctaun Universitetində Diplomatik Münasibətlər sahəsində akademik fəaliyyət sürdürmüşdür. Orada onun dayısıoğlu, Yunanıstanın varis şahzadəsi Pavlos otaq yoldaşı idi. Onun vəliəhdliyi təsdiq olunan kimi o, bütün İspaniyanı səyahətə çıxdı. İspaniyanın bütün muxtar qurumlarında görüşlər keçirdi. Buna Valensiyadan başladı. Öz postuyla əlaqəli borcuyla əlaqədar, öz sülaləsinin nümayəndələri ilə daimə əlaqədədir. İspan qaydalarına görə vəliəhd hərbi qaydalarıda bilməlidir. Bu sahədə atasında geri qalan Flipp tezliklə hərbi təyyarə sürücülüyünü öyrəndi. Bir sıra hərbi təlimlərdə iştirak etdi və təcrübəli hərbiçilərə başçılıq etdi.

    Flipp Avropaya və Latın Amerikasına çoxlu səfərlər etmişdir. Həmçinni Ərəb dünyasında, Uzaq Şərqdə və Okeaniya ölkələrində baş verənlərlə xüsusi maraqlanmışdır. 1996-cı ildən Latın Amerikası ölkələrinin bütün prezidentlərin inaqurasiya mərasimlərində iştirak etmişdir (Kubadan başqa). Yenə də Kubadan başqa bütün Latın Amerikası ölkələrinə rəsmi səfərlər etdi. O, tez-tez İspaniyanı iqtisadi və ticarət konfranslarında təmsil edir. 2004-cü il 11 mart Madriddə qatarın bombalanması zamanı, Flipp iki qızı ilə birlikdə əhali arasına gəlmiş və hadisəylə yerindəcə maraqlanmışdı. VI Flipp 1992-ci il Olimpiya oyunlarında idmançı kimi iştirak etmişdir. Komanda hesabı ilə 15-ci yeri tutmuşdur. Onun həmçinin anası və dayısı 1960-cə il Olimpiya oyunlarında Yunan komandasında avarçəkən kimi iştirak etmişdilər

    VI Flipp ispan, katalan, fransız, ingilis və bir qədər də yunan dillərini bilir.

    Ailəsi

    Flipp və Letisia İsveç Vəliəhd Şahzadəsi Viktoriya ilə Daniel Vrestlinqin toyunda. Stokholm, 2010-cu il

    Flipp adı çox qadınla birlikdə çəkilmişdi. Onlardan ikisi məşhur idilər. İzabel Sartorius ispan zadəgan qadını idi, Flippin onunla 1989-1991-ci ildə münasibətləri olmuşdur. Lakin İzabelin anası- Visente Sartoriusun narkotik bağlılığına görə bu münasibət kral ailəsi tərəfindən uyğun görülmədi. Digər qadın isə Norveçli qadın alt paltarı modeli Yeva Sannum idi. Bu münasibətədə kral ailəsi normal yanaşmadı. Nəhayət Flipp əvvəllər CNN-də işləmiş, telejurnalist Letisia Ortis ilə 2003-cü ilın 1 noyabrında nişanlandı. Cütlük 2004-cü ilin 22 nayında Almudena Kilsəsində evləndi. Onların toy mərasimi televizor ilə canlı yayınlanmışdı. Bunu 25 milyon çox insan izləmişdi.Cütlüyün iki qızı vardır- Leonor (2005-ci il, 31 oktyabr), Asturiyanın şahzadəsi, İnfanta Sofiya (2007-ci il, 29 aprel)

    Hakimiyyətə gəlişi

    2014-cü ilin 2 iyununda Xuan Karlos oğlu Flippin xeyrinə taxtdan əl çəkdiyini elan etdi. İspan konstitusiyasına görə bunu parlament və kortes qəbul etməli idi. 19 iyunda Flipp VI Flipp adı ilə taxta oturdu. Bununla da o, Avropanın ən gənc monarxı oldu. O, Danimarka kralı Kral Uilyam Aleksandrdan 9 ay gəncdir.

    VI Flipp, kral kimi geniş səlahiyyətlərə sahibdir. O, kontitutsiyanın himayəçisidir. Güman olunur ki, hökumətin məsləhəti ilə hərəkət edəcək. O, taxta keçdiyi gün, Kortesdə çıxışı zamanı nitqində demişdi ki, "mən, dövlətin qanuni başçısıdır, kim ki itaət etmək üçün hazırdır və həmişə xalqın marağını müdafiə etməyə hazırdırsa, mənə qoşulun

    Titulları

    30 yanvar 1968, 22 yanvar 1977: İspaniyanın Infante Flippi-si
    22 yanvar 1977, 18 iyun 2014: Asturiyanın Şahzadəsi
    Qədim Araqon Tacında: 22 yanvar 1977, 19 iyun 2014: Girona-nın Şahzadəsi
    Qədim Navarra ərazilərinin: 22 yanvar 1977, 19 iyun 2014: Viananın Şahzadəsi
    19 iyun 2014: Əlahəzrət Kral

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VI Flipp haqqında məlumat. VI Flipp nədir? VI Flipp nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Nikotin

    • Fevral 27, 2026

      Hymenoptera

    • Fevral 27, 2026

      Abay Kunanbayev

    • Fevral 27, 2026

      Gülxar Həsənova

    • Fevral 27, 2026

      Siyana Vasileva

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst