Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Filipp Ieseyeviç Maxaradze (gürc. ფილიპე მახარაძე; 9 mart 1868, Gonebiskari[d], Kutaisi quberniyası – 10 dekabr 1941, Tbilisi) — gürcü inqilabçı və dövlət xadim

Filipp Maxaradze

  • Ana Səhifə
  • Vikipediya
  • Filipp Maxaradze

Filipp Ieseyeviç Maxaradze (gürc. ფილიპე მახარაძე; 9 mart 1868, Gonebiskari[d], Kutaisi quberniyası – 10 dekabr 1941, Tbilisi) — gürcü inqilabçı və dövlət xadimi. Gürcüstan SSR-in rəhbəri. 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü idi.

Filipp Maxaradze
gürc. ფილიპე მახარაძე
Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri
1929 – 1931
ƏvvəlkiLavrenti Kartvelişvili
SonrakıVladimir Suxişvili
Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
10 iyul 1938 – 10 dekabr 1941
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıGeorqiy Sturua
Şəxsi məlumatlar
Doğum tarixi 9 mart 1868(1868-03-09)
Doğum yeri
  • Gonebiskari[d], Ozurqeti qəzası[d], Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 10 dekabr 1941(1941-12-10) (73 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası
Təhsili
  • Tbilisi İlahiyyat Seminariyası[d]
Fəaliyyəti inqilabçı, dövlət xadimi, siyasətçi, dövlət rəsmisi, tarixçi, publisist, ədəbiyyatşünas
Dini ateizm

Təltifləri "Lenin" ordeni
"Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Onun atası ruhani idi və o, istəyirdi ki, oğlu da onun yolu ilə getsin. 1884-cü ildə Filipp Ozurqet ruhani məktəbində təhsil almışdır. Daha sonra Tiflis Ruhani Seminariyasına daxil oldu. Həmçinin Varşava Baytarlıq İnstitutunda oxumuşdur, amma oranı bitirmədi.

RSDFP daxil olduqdan sonra dəfələrlə həbs edilirdi. RSDFP-nin Qafqaz İttifaqının təşkilatçılarından biri idi. 1915-ci ilin fevralında Bakı quberniyasına sürgün edilmişdir, oradan Kutaisiyə, 1916-cı ildə isə Tiflisə qaçmışdır. 1917-ci ildə Tiflisdə nəşr olunan "Kavkazsi raboçiy" qəzetinin redaktoru işləmişdir.

1921-ci ilin fevral ayından iyul ayınadək Gürcüstan İnqilabi Komitəsinin sədri idi. 1921-ci il fevralın 16-da "Gürcüstan Sovet Respublikasını" elan etdi və RSFSR hökumətindən hərbi yardım xahişi ilə müraciət etdi.

1921–1922-ci illərdə Gürcüstan əkinçiliyinin xalq komissarı olmuşdur. 1922-ci ilin mart ayından oktyabr ayınadək Gürcüstanın MSK sədri olmuşdur. 1922-ci ildə Gürcüstanın SSRİ tərkibində muxtariyyətin saxlanmasının tərəfdarı olmuşdur.

1924-cü ildən ZSFSR Dövlət Plan Komitəsinin sədri, 1929–1930-cu illərdə Gürcüstan SSR XKS sədri, 1927–1930-cu illərdə ÜKP (b) Mərkəzi nəzarət təftiş komissiyasının üzvü olmuşdur. 1931–1938-ci illərdə Gürcüstan SSR MSK sədri və eyni zamanda 1931–1936-cı illərdə ZSFSR-də Gürcüstanın MSK təmsilçisi təyin olunmuşdur.

1938-ci ilin iyul ayından Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi.

1941-ci il dekabrın 10-da Tbilisidə 73 yaşında vəfat etdi. Öncə Mtatsminda panteonunda dəfn edilsə də, sonradan qəbr yeri dəyişdirildi.

1934–1989 illəri ərzində Ozurgeti şəhəri onun adını daşıyırdı.

Onun arvadı Nina Smolnyakova (1882–1951) ictimai xadim, ədəbiyyatşünas və pedaqoq idi. Onun şagirdləri arasında Vladimir Mayakovski yer alır, Nina onu Kutaisi gimnaziyasına qəbul olmaq üçün hazırlaşdırırdı. Qızı Rusudan hələ uşaq yaşlarında 1906-cı ildə Berlində vəfat etmişdir.

Mükafatları

  • Lenin ordeni (24.02.1941)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Filipp Maxaradze haqqında məlumat. Filipp Maxaradze nədir? Filipp Maxaradze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosta Rika

  • Fevral 27, 2026

    Küfr

  • Fevral 27, 2026

    Sidqi Ruhulla

  • Fevral 27, 2026

    Ələkbər Muradov

  • Fevral 27, 2026

    III Antioks

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst