Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anri Kartye-Bresson (fr. Henri Cartier-Bresson) (22 avqust 1908-ci il — 3 avqust 2004-cü il) — Fransız fotoqraf, XX əsrin məşhur fotoqrafı, fotorəssam, fotorepo

Anri Kartye-Bresson

  • Ana Səhifə
  • Vikipediya
  • Anri Kartye-Bresson

Anri Kartye-Bresson (fr. Henri Cartier-Bresson) (22 avqust 1908-ci il — 3 avqust 2004-cü il) — Fransız fotoqraf, XX əsrin məşhur fotoqrafı, fotorəssam, fotoreportajın və fotojurnalistikanın atası sayılır.

Anri Kartye-Bresson
Henri Cartier-Bresson
Doğum tarixi 22 avqust 1908
Doğum yeri Fransa
Vəfat tarixi 3 avqust 2004 (95 yaşında)
Vəfat yeri
  • Monyujesten
Vətəndaşlığı
  •  Fransa
Sayt magnumphotos.com/photogr…
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bədii şüarı

Bresson deyirdi: Hadisələrin təşkil edilməsinə və səhnələşdirilməsinə dözə bilmirəm. Bu dəhşətdir... Əsli saxtalaşdırmaq olmaz. Həqiqəti sevirəm və həqiqəti də göstərirəm.

Bioqrafiya

Anrinin anası Marta Le Verder, atası Andre Kartye-Bresson idi. Atasının ikiqat soy adı "Kartye-Bresson" kəndli Kartye və pambıq sap istehsal edən sənayeçi Bresson soy adlarının birləşməsindən əmələ gəlib və ilk dəfə 1901-cü ildə qeydə alınıb. Bressonlar ailəsi uşaqlarına qulluq edilməsini Kartye ailəsinə etibar edir. Sonradan Kartyenin iki oğlu(Onlardan birinin adının Anri idi) Bressonun şagirdləri olur. Bir qədər sonra Kartyenin oğulları müdirlərinin qızlarına evlənərək müəssisədə pay sahibi olurlar. İki ailənin müştərək biznesi kifayət qədər uğurlu oldu, "Kartye-Bresson" adı isə XX əsrin əvvəllərində Fransada çox məşhur pambıq saplar markasına çevrildi. 1908-ci ildə Marta və Andrenin ilk oğlan uşaqları dünyaya gəlir. Gələcəkdə fotoqraf olacaq Anri Kartyenin babasının xatirəsinə ona Anri adını verirlər.

Bədii təhsili

O, incəsənətlə hələ çox gənc yaşlarından maraqlanıb. 1913-cü ildə Anri Lui adlı dayısı ilə tanış olur. Rəssam olan Lui Anrini incəsənət haqqında bilgilər verməyə başlayır. Təəssüflər olsun ki, 1915-ci ildə dayısı vəfat edir amma, Anri onun məsləhətlərinə əməl etməyə davam edir. Bundan sonra Anri rəssam Andre Lotun yanında təhsilini davam etdirməyə başlayır. onun Rəssamlıq və qrafikadan aldığı təhsili Bressonun məşhur fotoşəkillərində əhəmiyyətli yeri var.

Səyahət və fotoqrafiyaya həvəsi

İncəsənət və qrafikadan təhsil almağa başladıqdan sonra o, 1930-cu ildə Afrikaya səfər edir. 1932-ci ildə Fransaya qayıdan Anri özünü fotoqrafiyaya həsr etməyə başlayır. Onu, Ejen Atjenin və Andre Kertesin çəkdikləri bir-neçə fotoşəkilləri çox ruhlandırmışdır. Amma onu daha çox ruhlandıran Martin Munkaçinin dənizin dalğalarına tullanan qara dərili insanların çəkdiyi fotoşəkli olmuşdu. O, bu fotoşəklin estetikasını yüksək qiymətləndirməklə heyrətlənərək yazırdı: "O! Bunu fotokameranın köməkliyi ilə etmək mümkündür!!". Həmin ildə Anri Marseldə bazarda yeni olan Leica-nın yüngül 35-millimetrlik fotokamerasını əldə edir.

"Maqnum Foto"nun əsası, sərgiləri və kitabları

1947-ci ildə Kartye-Bresson həmkarları Robert Kapa, Devid Seymur, Corc Rocer, Mariya Aysner, Bill Vandivart və Rita Andivert ilə fotojurnalistlər birliyini, "Maqnum Foto"nun əsasını qoyurlar. 1954-cü ildə Luvr muzeyi özünün ilk fotosərgisini təşkil edib və bu Anri Kartye-Bressonun işlərindən ibarət sərgi idi. O öz işlərini dünyanın ən məşhur muzey və qalereyalarında sərgiləyirdi. Anrinin işlərinin də nəşr edildiyi çoxlu sayda kitablar da çapdan çıxıb.

Ailə həyatı

Anri Kartye-Bresson iki dəfə ailə həyatı qurub: 1937-1967-ci illərdə Cakartadan gəlmiş rəqqasə ilə, 1970-ci ildə fotoqraf Martin Frank ilə. İkinci nigahdan Anrinin Melani adlı qızı dünyaya gəlib. Anri Kartye-Bresson 3 avqust 2004-cü ildə 95 yaşında vəfat edib.

Həmçinin bax

Maqnum Foto

  1. Fichier des personnes décédées mirror.
  2. Museum of Modern Art online collection (ing.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anri Kartye-Bresson haqqında məlumat. Anri Kartye-Bresson nədir? Anri Kartye-Bresson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gil adası

  • Fevral 27, 2026

    Generalissimus

  • Fevral 24, 2026

    Avropa Məhkəməsi

  • Fevral 27, 2026

    Qida borusu

  • Fevral 25, 2026

    Darem Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst