Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ernesto Teodoro Moneta (20 sentyabr 1833[…], Milan – 30 yanvar 1918[…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı la

Ernesto Moneta

  • Ana Səhifə
  • Vikipediya
  • Ernesto Moneta

Ernesto Teodoro Moneta (20 sentyabr 1833[…], Milan – 30 yanvar 1918[…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı laureatı.

Ernesto Moneta
Doğum tarixi 20 sentyabr 1833(1833-09-20)[…]
Doğum yeri
  • Milan, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası
Vəfat tarixi 30 yanvar 1918(1918-01-30)[…] (84 yaşında)
Vəfat yeri
  • Milan, Milan əyaləti, Lombardiya, İtaliya krallığı
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
  • Milan
Fəaliyyəti jurnalist, yazıçı, hərbi qulluqçu
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1907-ci il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

In varietate unitas şüarını qəbul etdi,daha sonra Avropa birliyinin şüarına çevrildi.

Həyatı

Ernosto Monetanın, Milanda,Porta Veneziya bağlarındakı,abidəsi.Üzərində həkk olunub:"Ernesto Teodoro Moneta,qaribaldiçi, mütəfəkkir,jurnalist, azad insanlar arasında barış həvarisi"

15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe Qaribaldinin Min nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü.

Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi.

1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu.

1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu.

Ömrünün son illərində millətçi inanclarını pasifist inanclardan üstün tutan Ernesto Moneta,1912-ci ildə İtaliya-Osmanlı müharibəsinə və 1915-ci ildə İtaliyanın Birinci Dünya müharibəsinə daxil olmasına ictimai dəstək verdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ernesto Moneta haqqında məlumat. Ernesto Moneta nədir? Ernesto Moneta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zobucuq bələdiyyəsi

  • Fevral 27, 2026

    Regent

  • Fevral 27, 2026

    Adven

  • Fevral 27, 2026

    Frayburq-im-Braysqau

  • Fevral 27, 2026

    Gadidae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst