İks-adamlar (ing. X-Men) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda ilk dəfə Sten Li və Cek Körbi tərəfindən ərsəyə gətirilmiş "The X-Men" komiksinin 1-ci sayında (sentyabr 1963) təqdim edilmişdir. Zəif satış göstəricilərinə görə 1970-ci ildə komanda haqqında komikslərin nəşri dayandırılmış, 1975-ci ildə yazıçı Kris Klermontun birbaşa nəzarəti altında komanda haqqında komikslərin təkrar nəşrinə başlanılmış və bundan sonra İks-adamlar Marvel Comics nəşriyyatının ən uğurlu franşizalarından birinə çevrilmişdir. Komanda müxtəlif komiks kitablarında, teleseriallarda, Disneyin 20th Century Studiyasının İks-adamlar filmlər seriyasında və video oyunlarda istifadə edilmişdir.
| İks-adamlar | |
|---|---|
![]() | |
| "X-Men Prime" II cild, #1, (mart 2017) komiksin üz qabığında komandanın təsviri. Rəssam:Adrian Syaf | |
| Nəşriyyat | Marvel Comics |
| Yayım tarixi | "The X-Men" #1 (sentyabr 1963) |
| Yaradan | Sten Li (yazıçı) Cek Körbi (rəssam) |
| Hekayə məlumatı | |
| Baza | The Treehouse, Krakoa Nyu-York |
| Üzvlər | İks-23 Cin Qrey Everett Tomas Alovlu ulduz Buz-adam Havok Dəmirçi Meycik |
| Tam siyahı | |
| Bax: İks-adamlar üzvlərinin siyahısı | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İks-adamlar haqqında məlumat. İks-adamlar nədir? İks-adamlar nə deməkdir?
