Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sleypnir Skandinaviya panteonunda tanrıların tanrısı olan Odinə məxsus əfsanəvi səkkiz ayaqlı at. Odin Sleypnirin üzərində tanrıların dünyası və insanların düny

Sleypnir

  • Ana Səhifə
  • Vikipediya
  • Sleypnir

Sleypnir — German-skandinav mifologiyasının baş tanrısı Odinin 8 ayaqlı atı. Lokidən törəyib.

Odin Sleypnirlə Valhallaya gedir.
Odin Sleypnirin üzərində — 18-ci əsrə aid islandca manuskriptdən.

Sleypnir Skandinaviya panteonunda tanrıların tanrısı olan Odinə məxsus əfsanəvi səkkiz ayaqlı at. Odin Sleypnirin üzərində tanrıların dünyası və insanların dünyası arasında səyahət edir. Səkkiz ayaq kompasın cəhətlərini simvolizə edir, Sleypnir həm torpaq üzərində, həm də havada gəzə bilir.

Sleypnirin səkkiz ayağı Günəş çarxının səkkiz dəndəsinin rəmzi ola bilər və çox güman ki, Odinin (əvvəllər Odin Günəş tanrısı kimi də qəbul edilirdi) daha qədim forması ilə əlaqəlidir. Sleypnirin bir göz qırpımında hərəkət etmək qabiliyyəti günəş işığı ilə əlaqələndirilir Skandinaviya mifoloji nağıllarına əsasən, Sleypnir tanrı Loki və nəhənglərin atı Svaldifaridən törəyib. Belə ki, Loki madyana çevrilmiş və səkkiz ayaqlı at dünyaya gətirmişdir. Sonra isə onu Odinə hədiyyə etmişdir.

Sleypnir boz rənglidir və dünyalardakı bütün atlardan sürətli və ağıllıdır. Qraninin atasıdır. Dişlərinə Run əlifbasının sehrli işarələri oyulmuşdur. Sleypnir Manannan Mak Lir və İm Daqda kimi kelt tanrılarının atları ilə müqayisə oluna bilər.

"Hervarar ok Heiðreks" saqasında, "Heiðreks gátur" şeirində Sleypnir və Odinin bir tapmacada adı çəkilir:

Qestumblindi dedi:
"Kimlərdir on ayaq üzərində qaçan o ikilik?
Üç gözü, lakin yalnız bir quyruğu var onların.
Yaxşı, indi bu tapmacanın cavabını təxmin et, Heytrek!"
Heytrek dedi:
"Yaxşıdır sənin tapmacan, Qestumblindi.
Və mən belə hesab edirəm ki, bu, Sleypnir üzərindəki Odindir."

Həmçinin bax

  • Odin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sleypnir haqqında məlumat. Sleypnir nədir? Sleypnir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ulduz müharibələri

  • Fevral 27, 2026

    İslam Səfərli

  • Fevral 27, 2026

    Masailər

  • Fevral 27, 2026

    Sürhüllü

  • Fevral 27, 2026

    İbrahim Şinasi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst