Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götür

Sikorski-Mayski müqaviləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Sikorski-Mayski müqaviləsi

Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski.

Sikorski-Mayski müqaviləsinin imzalanması.

Mündəricat

Tarixi

1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra, SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu. SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı.

1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı. Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı. 1941-ci ilin sonlarına doğru Sikorski daha bir diplomatik təmas üçün Moskvaya getdi.

Stalin Nasist Almaniyası ilə bağlanmış bütün müqavilələri keçərsiz elan etdi və Polşanın 1939-cu ildə SSRİ ilə Almaniya arasında baş verən bölünməsini əsassız saydı. Daha sonra SSRİ düşərgələrində həbs olunmuş on minlərlə polyak əsirləri azad olundu. Mühacir Polşa hökuməti və SSRİ arasında əldə edilən razılığa əsasən bir çox polyak əhv əldə etdi və onlardan təşkil olunmuş 40 min nəfərlik ordu General Vladislav Anderin komandanlığına verildi. Buna baxmayaraq, minlərlə polyak zabitin SSRİ tərəfindən öldürüldüyü Katın qırğını hələ daha iki il gizli qala bilmişdi.

Həmçinin bax

  • Molotov-Ribbentrop paktı
  • Katın qırğını

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sikorski-Mayski müqaviləsi haqqında məlumat. Sikorski-Mayski müqaviləsi nədir? Sikorski-Mayski müqaviləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alberto Cakometti

  • Fevral 27, 2026

    Köçərlinskilər

  • Fevral 27, 2026

    Ramin Quluzadə

  • Fevral 27, 2026

    Kaxeti mxaresi

  • Fevral 27, 2026

    Çimbay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst