Muğan dairəsi və ya Muğan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salyan olmuşdur. Bu səbəbdən Salyan dairəsi (Salyan mahalı) kimi də adlandırılmışdır.
| Muğan dairəsi | |
|---|---|
| Ölkə |
|
| İnzibati mərkəz | Salyan |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 aprel 1929 |
| Ləğv edilib | 8 avqust 1930 |
![]() Muğan dairəsi 1930-cu ilin yanvar–avqust aylarında | |
Tarixi
Muğan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Salyan qəzasını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Muğan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Həmçinin bax
Qeyd
- Tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan dairəsi haqqında məlumat. Muğan dairəsi nədir? Muğan dairəsi nə deməkdir?
