Bombardmançı — bomba və raket silahları vasitəsilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.
| Bombardmançı | |
|---|---|
| |

Bombardmançı təyyarələrin iki əsas təsnifatı var: strateji və taktiki. Strateji bombardman, əsasən strateji hədəflərə qarşı uzun mənzilli bombardman missiyaları üçün hazırlanmış ağır bombardmançılar tərəfindən həyata keçirilir. Taktiki bombardman düşmənin hərbi fəaliyyətinə qarşı çıxmaq və hücum əməliyyatlarını dəstəkləmək məqsədi daşıyır, adətən daha qısa məsafələrdə və daha kiçik təyyarələrlə həyata keçirilir.
Tarixdə təyyarədən bombaların atılması ilk dəfə İtaliya–Osmanlı müharibəsi zamanı həyata keçirilib. Tarixdə ilk bombardmançı təyyarələr 1913-cü ildə istehsal olunmuş Caproni Ca 30 və Bristol T.B.8 olub.
Həmçinin bax
- Ən çox istehsal olunan təyyarələrin siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bombardmançı haqqında məlumat. Bombardmançı nədir? Bombardmançı nə deməkdir?
