Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ksilofon (yunanca yun. ξύλον — ağac + φωνή — səs) — müəyyən səslənmə yüksəkliyi olan zərb musiqi alətidir. Özündə müəyyən notlara köklənmiş uzunsov yonulmuş ağa

Ksilofon

  • Ana Səhifə
  • Vikipediya
  • Ksilofon

Ksilofon (yunanca yun. ξύλον — ağac + φωνή — səs) — müəyyən səslənmə yüksəkliyi olan zərb musiqi alətidir. Özündə müəyyən notlara köklənmiş uzunsov yonulmuş ağac parçalarının sıra ilə düzülmüş formasını ehtiva edir. Bu taxta bloklar üzərinə kürəvari başlıqları olan çubuqlarla və ya çox da böyük olmayan qaşığabənzər xüsusi çəkicciklərlə (musiqiçilərin öz aralarında bu çəkicciklərə "keçi ayaqları" da deyilir) vurmaqla səs əldə edilir.

Ksilofon
Hornbostel–Zaks təsnifatı 111.212
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ksilofonun tembri forte-də kəskin, şıqqıltılı, piano-da isə yumşaqdır.

Alətin tarixçəsi

Ksilofonun mənşəyi çox qədimdir. Bu tipdə olan alətlərin ən sadə növünə müxtəlif xalqların Afrika, Cənub-Şərqi Asiya,Latın Amerikası bu günə kimi də rast gəlinir.

Ksilofon haqda ilk qeydlər XVI əsrin başlanğıcına aiddir: Arnolt Şlik musiqi alətləri haqqında risaləsində bunabənzər aləti hueltze glechter adı ilə təqdim edir. XIX əsrə qədər Avropa ksilofonu kifayət qədər primitiv alət idi, zəncir kimi bir-birinə bəndlənmiş təxminən iyirmiyə yaxın taxta blokdan ibarət idi və hamar səth üzərində bərabər sərilirdi. Bu cür alətin daşınması rahatlığı səyyar, köçəri musiqiçilərin ona diqqətini artırmışdı.

Ksilofonun təkmilləşdirilməsi 1830-cu illərə aiddir. Belorus musiqiçisi Mixoel İosef Quzikov bu alətin diapazonunu iki+yarım oktavaya qədər genişləndirmiş, həmçinin, taxta blokları xüsusi tərzdə 4 sıraya düzməklə konstruksiyanı dəyişmişdir. Ksilofonun bu modeli sonralar 100 ilə yaxın istifadə olunmuşdur.

Ksilofonun musiqidə rolu

Ksilofonun orkestrdə ilk məlum istifadəsi faktı 1810-cu ildə Ferdinand Kauer adlı bəstəkarın yazdığı Yeddi variasiya əsəridir. Ksilofonu həm də öz əsərlərinə fransız bəstəkarı Kastner daxil edirdi. Ksilofonun işləndiyi ən məşhur əsərlərdən biri Sen-Sans, Kamilın "Ölüm rəqsi" simfonik poemasıdır. (1872)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ksilofon haqqında məlumat. Ksilofon nədir? Ksilofon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəsrəddin Tusi

  • Fevral 27, 2026

    İmereti ləhcəsi

  • Fevral 27, 2026

    Mirzə

  • Fevral 27, 2026

    Yoahim Mürat

  • Fevral 27, 2026

    Müharibənin apofeozu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst