Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çoxhədli və ya polinom – sonlu sayda birhədlilərin cəmi. Bu birhədlilərin ən böyüyünün dərəcəsinə çoxhədlinin dərəcəsi deyilir. Məsələn, z 2 y 4 x 7 + 6 x y 5 +

Polinom

  • Ana Səhifə
  • Vikipediya
  • Polinom

Çoxhədli və ya polinom – sonlu sayda birhədlilərin cəmi. Bu birhədlilərin ən böyüyünün dərəcəsinə çoxhədlinin dərəcəsi deyilir. Məsələn, z 2 y 4 x 7 + 6 x y 5 + 7 {\displaystyle z^{2}y^{4}x^{7}+6xy^{5}+7} {\displaystyle z^{2}y^{4}x^{7}+6xy^{5}+7} çoxhədlisinin dərəcəsi 13-dür yəni qüvətlər cəmidir (2+4+7).

3-cü dərəcəli çoxhədli funksiyanın qrafiki

Riyaziyyatda, çoxhədli və ya polinom, aralarında yalnız toplama, çıxma, vurma və qeyri-mənfi tam dərəcəyə yüksəltmə əməliyyatları olan dəyişənlər (və ya məchullar) və əmsallardan ibarət ifadədir. Vahid x {\displaystyle x} {\displaystyle x} məchulu olan çoxhədliyə misal olaraq x 2 − 4 x + 7 {\displaystyle x^{2}-4x+7} {\displaystyle x^{2}-4x+7} ifadəsini göstərmək olar. x 3 + 2 x y z 2 − y z + 1 {\displaystyle x^{3}+2xyz^{2}-yz+1} {\displaystyle x^{3}+2xyz^{2}-yz+1} ifadəsi isə, üç-dəyişənli çoxhədliyə misaldır.

Çoxhədlilər, riyaziyyat və elmin digər sahələrinin geniş spektrə malik müxtəlif istiqamətlərində istifadə olunurlar. Məsələn, onlar, elmin ən sadə problemlərindən ən mürəkkəb problemlərinə qədər bir çox hadisəni izah edən polinomial tənliklərin həlli kimi meydana çıxır, kimya və fizikadan iqtisadiyyat və ictimai elmlərə kimi bir çox məsələlərinin izah edilməsində rol oynayan polinomial funksiyaların təyin edilməsində, digər funksiyaların approksimasiyası və təqribi olaraq hesablanmasında iştirak edirlər.

Hədlərinin dərəcəsi eyni olan çoxhədli bircins çoxhədli və ya forma adlanır. Məsələn, x 2 y 7 + x 3 y 6 + 7 x 8 y {\displaystyle x^{2}y^{7}+x^{3}y^{6}+7x^{8}y} {\displaystyle x^{2}y^{7}+x^{3}y^{6}+7x^{8}y}.

Çoxhədlilərin toplanması, çıxılması və vurulması, uyğun olaraq kommutativlik, assosiativlik və distributivlik xassələrinə əsasən aparılır.

1. Çoxhədlilərin cəmini taparkən onların yazıldığı mötərizələr açılır, oxşar toplananlar islah edilir.

2. İki çoxhədlinin fərqini tapmaq üçün azalanın üstünə çıxılanın əksini əlavə etmək lazımdır.

Etimologiya

Çoxhədli və polinom sözləri iki müxtəlif kökə malik sözlərin birləşməsindən meydana gəlmişdir: yunan sözü olan və mənası "çox" olan "poli" və latın sözü olan və mənası "ad" olan "nomen" sözlərinin XVII əsrdə meydana çıxan birləşməsi, eyni zamanda, onların birbaşa tərcüməsi kimi azərbaycan sözləri olan "çox" və "hədli" sözlərinin birləşməsi.

Tərifi

Çoxhədli- Birhədlilərin cəbri cəminə Çoxhədli deyilir

Vahid x məchuluna malik çoxhədli ümumilikdə aşağıdakı kimi təyin olunur

a n x n + a n − 1 x n − 1 + ⋯ + a 2 x 2 + a 1 x + a 0 . {\displaystyle a_{n}x^{n}+a_{n-1}x^{n-1}+\dotsb +a_{2}x^{2}+a_{1}x+a_{0}.} {\displaystyle a_{n}x^{n}+a_{n-1}x^{n-1}+\dotsb +a_{2}x^{2}+a_{1}x+a_{0}.}

Burada, a 0 , … , a n {\displaystyle a_{0},\ldots ,a_{n}} {\displaystyle a_{0},\ldots ,a_{n}} sabitlərdir və x {\displaystyle x} {\displaystyle x} məchuldur. Cəmləmə işarələməsindən istifadə etməklə, bu ifadə aşağıdakı kimi də yazıla bilər:

∑ k = 0 n a k x k . {\displaystyle \sum _{k=0}^{n}a_{k}x^{k}.} {\displaystyle \sum _{k=0}^{n}a_{k}x^{k}.}
  1. Compact Oxford English Dictionary, "polynomial" sözü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Polinom haqqında məlumat. Polinom nədir? Polinom nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karağandı vilayəti

  • Fevral 23, 2026

    Araxis

  • Fevral 28, 2026

    Sulu dənizi

  • Fevral 27, 2026

    Xiyar

  • Fevral 27, 2026

    Phaethornithinae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst