Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bərdi Bəy or Bərdibəy (tam adıː Məhəmməd Bərdibəy xan; d. 1310 – ö. 1359) — Canıbəydən sonra 1357-1359-cu illərdə Qızıl Orda xanı. Qızıl Orda dövlətində hakimiy

Bərdibəy xan

  • Ana Səhifə
  • Vikipediya
  • Bərdibəy xan

Bərdi Bəy or Bərdibəy (tam adıː Məhəmməd Bərdibəy xan; d. 1310 – ö. 1359) — Canıbəydən sonra 1357-1359-cu illərdə Qızıl Orda xanı. Qızıl Orda dövlətində hakimiyyət uğrunda uzunmüddətli ara müharibələrin başlandığı böyük fəlakətlər dövrünün başlanğıcı.

Məhəmməd Bərdibəy xan
Бердибегхаан
Qızıl Ordanın XII xanı
1357 – 1359
ƏvvəlkiCanıbəy xan
SonrakıQulpa xan
Şəxsi məlumatlar
Doğum tarixi 1310
Vəfat tarixi 1359 (48–49 yaşında)
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti monarx
Atası Canıbəy xan
Anası ?
Uşağı 1 qız (Mamay xan ilə evlənmişdi)
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyəti illəri

Qızıl Orda hökmdarı Canıbəy 1357-ci ildə Çobaniləri məğlub etdikdən sonra Azərbaycanı və Şimal-qərbi İranı ələ keçirib həmin ərazilərin idarəçiliyini oğlu Bərdi bəyə tapşırmışdı. Lakin həmin ildə atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orda dövlətinə geri dönmüş və 22 iyul 1357-ci il tarixində atasının taxtına yiyələnmişdir. Rus knyazlıqları onu hakimiyyətə gəlişi münasibəti ilə təbrik etmişdilər. Tver knyazlığı tərkibində ləğv edilmiş Xolmsk knyazlığının başçısı Vsevolod Qızıl Orda dövlətinin mərkəzi Saray şəhərinə yollanaraq öz əmisinin Tver knyazı kimi mövqeyini bərpa etməyə çalışsa da buna nail ola bilmir. Həbs edilir və Tverə geri dönməyə məcbur edilir. Bərdi bəy Tuğluq bəyin məsləhəti ilə hakimiyyəti üçün təhdid hesab etdiyi 12 ən yaxın qohumunu edam etdirir; həmin qohumlarından biri cəmi 8 aylıq qardaşı idi. Nənəsi Taydula xatunun xahişinə baxmayaraq o körpə qardaşını yerə çırparaq öldürür. Bu cür tədbirlərə baxmayaraq Bərdi bəy məsləhətçisi Tuğluq bəylə birlikdə 1359-cu ilin avqust / sentyabr ayında öldürülür və onun əvəzinə Qulpa xan hakimiyyətə gətirilir. Onun ölümündən sonra Qızıl Orda dövlətində böyük fəlakətlər dövrü adlandırılan növbəti 20 il ərzində 25 xan dəyişir.

Ailəsi

Bərdi bəyin Tulun bəy Xanım adlı bir qızı var idi. O, 1370-1371-ci illlərdə Qızıl Orda dövlətini idarə etmişdir. Tulun xatun Mamay xanla, Mamay xan öldükdən sonra Toxtamış xanla ailə həyatı qurmuşdur. 1386-cı ildə məhz Toxtamış xan tərəfindən edam edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bərdibəy xan haqqında məlumat. Bərdibəy xan nədir? Bərdibəy xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahzadə (oğlan)

  • Fevral 27, 2026

    I Məlikşah

  • Fevral 27, 2026

    Kim Kardaşyan

  • Fevral 26, 2026

    Terminologiya

  • Fevral 23, 2026

    Fahişəlik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst