Qaxmuğal — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
| Qaxmuğal | |
|---|---|
| 41°25′56″ şm. e. 46°58′13″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Qaxmuğal | |
Əhalisi
- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaxmuğal kəndində milli tərkibi muğallardan ibarət 95 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan Türkləri muğallardan ibarət hər iki cinsdən toplam 1090 nəfər əhali yaşayırdı.
Toponimikası
Qaxmuğal oyk., miir. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin adı Qax şəhərinin adından və muğal etnonimindən ibarətdir. XIII əsrdə monqollann (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanları ümumi adla muğal adlandırmışlar. Sonralar muğal adı həmin r-ndakı bütün azərbaycanlara şamil edilmişdir. Ona görə Qaxın azərbaycanlar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanmışdır. Sonralar bu hissələr müstəqil yaşayış məskəninə çevrilmişdir. Hazırda kənd Qax şəhəri ilə birləşib.
Həmçinin bax
Tanınmış şəxsləri
- Abdulla Qəbulzadə — XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Maarifsevər din alimi.
- Xamiz Muradov — Aktyor.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaxmuğal haqqında məlumat. Qaxmuğal nədir? Qaxmuğal nə deməkdir?
