Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çingiz Muxtar oğlu Hüseynzadə (21 iyul 1951, Bakı) — Şöhrət ordenli və Şərəf ordenli azərbaycanlı alim, filologiya elmləri doktoru, professor, "Fəxri Bədən Tərb

Çingiz Hüseynzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Çingiz Hüseynzadə

Çingiz Muxtar oğlu Hüseynzadə (21 iyul 1951, Bakı) — Şöhrət ordenli və Şərəf ordenli azərbaycanlı alim, filologiya elmləri doktoru, professor, "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" (2001), Avropa Olimpiya Komitəsinin "Olimpiya Şöhrəti" mükafatçısı (2010), Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi elm sektor müdiri (1993–1997), Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar Siyasət Şöbəsində məsləhətçi (1993–1997), Azərbaycan Atletika Federasiyasının prezidenti (1996–2023), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (1997), İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti (2009), Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü (2013), Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2018), akademik, "Olimpiya" jurnalının baş redaktoru, Azərbaycan Dillər Universitetinin professoru.

Çingiz Hüseynzadə
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Vəzifədədir
1997-ci ildən
    Azərbaycan Atletika Federasiyasının prezidenti
    1996 – 2023
    Şəxsi məlumatlar
    Doğum tarixi 21 iyul 1951(1951-07-21) (74 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili Bakı Dövlət Universiteti
    Fəaliyyəti vitse-prezident
    Atası Muxtar Hüseynzadə
    Həyat yoldaşı
    • Rəfiqə Hüseynzadə
    Elmi fəaliyyəti
    Elm sahəsi dilçilik
    Elmi dərəcələri filologiya elmləri doktoru, professor
    İş yeri Azərbaycan Milli Olimpiya Komitəsi

    Təltifləri "Şöhrət" ordeni — 20072007"Şərəf" ordeni — 20212021"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20232023"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 20192019
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Çingiz Hüseynzadə 21 iyul 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Muxtar Hüseynzadənin oğludur.

    Ailəlidir. 1 övladı, 2 nəvəsi var.

    Fəaliyyəti

    Elmi və ictimai-siyasi fəaliyyəti

    Çingiz Hüseynzadə 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır.

    1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, laboratoriya müdiri işləmişdir.

    1992–1993-cü illərdə "Məhəmməd Füzulinin 500 illik yubileyi" üzrə Dövlət Komissiyasının məsul katibi olmuşdur.

    1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində elm sektorunun müdiri olmuşdur.

    1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar Siyasət Şöbəsində məsləhətçi vəzifəsində çalışmış, elm və təhsillə yanaşı idman sahəsinin kuratoru olmuşdur.

    Çingiz Hüseynzadə 1997-ci il iyulun 31-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisində MOK-un vitse-prezident seçilmişdir.

    2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təsis etdiyi "Olimpiya" jurnalının baş redaktorudur.

    İdman sahəsindəki fəaliyyəti

    Elm, mədəniyyət sahəsi ilə yanaşı onun idmanla bağlı ilk işlərindən biri 1993-cü il noyabr ayının 24-də yüksək nailiyyət göstərmiş idmançılarla görüşün təşkili olub.

    1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizə rəsmi səfərə gəlmiş nümayəndə heyəti ilə işin təşkili də Çingiz Hüseynzadəyə tapşırılmışdır. Nümayəndə heyətinin tərkibində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidneti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqe yer almışdı.

    Çingiz Hüseynzadə 1996-cı ildən etibarən Yay və Qış Olimpiya Oyunlarında Azərbaycanın rəsmi nümayəndə heyətində təmsil olunub.

    Çingiz Hüseynzadə 1996-cı ildən 2023-cü ilə qədər Azərbaycan Atletika Federasiyasının prezidenti vəzifəsində çalışmışdır. (1996–01.04.2023)

    1997-ci il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisində MOK-un vitse-prezidenti seçilmişdir. 1997-ci ilin avqust ayından Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

    1997-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcra Aparatının rəhbəri təyin edilmişdir.

    1998-ci il noyabrın 13–14-də Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XXVII Baş Məclisində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə AOK-un "Olimpiya Oyunlarına hazırlıq" komissiyasına üzv seçilmişdir.

    Azərbaycan Milli Olimpiya Komitəsinin qitə və bir çox başqa ölkələrin Milli Olimpiya komitələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Bu əlaqələrin daha da möhkəmlənməsində Çingiz Hüseynzadənin də xidmətləri danılmazdır. Müxtəlif mötəbər tədbirlərdə qərar qəbul edilməsində birgə iştirak, təcrübə mübadiləsi, dostluq əlaqələrinin qurulmasındakı Çingiz Hüseynzadənin yüksək işgüzarlıq keyfiyyətləri, beynəlxalq səviyyədə qiymətləndirilmişdir. O, Moldova, Gürcüstan, Litva və Belarus Milli Olimpiya Komitələrinin ordenləri ilə təltif edilmişdir.

    Çingiz Hüseynzadə 2001-ci ildə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunlarına hazırlıq Komissiyasına yenidən üzv seçilmişdir. 2005-ci ildən qitə təşkilatının Texniki Komissiyasının üzvüdür.

    O, İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, 2009-cu ildə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilmişdir. 2015 Avropa Oyunlarının və 2017 İslam Həmrəyliyi Oyunlarının, 2019 Avropa Gənclər Yay Olimpiya Festivalının, çoxsaylı dünya və Avropa çempionatlarının Təşkilat Komitəsinin üzvü olmuşdur.

    2013-cü ildən Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

    2019-cu il oktyabrın 23–26-da Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında AOK-un Olimpiya Oyunları Komissiyasının sədri seçilmişdir.

    2020-ci il yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilmişdir. Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOC) baş qərargahında keçirilən bu iclasda Avropa idman modeli, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri, Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqların gedişi müzakirə olunmuşdur.

    Mükafatları

    Üzvü olduğu komissiyalardakı fəal işinə görə 2010-cu ildə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Baş Assambleyada Avropa Olimpiya Komitəsinin “Olimpiya Şöhrəti” mükafatına layiq görülüb.
    Avropa Olimpiya Komitəsinin “Olimpiya Şöhrəti” mükafatı
    • 2001-ci ildə "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" adını alıb.
    • Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
    • Üzvü olduğu komissiyalardakı fəal işinə görə 2010-cu ildə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Baş Assambleyada Avropa Olimpiya Komitəsinin "Olimpiya Şöhrəti" mükafatına layiq görülüb.
    • 2018-ci il yanvarın 22-də idmanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif edilib.
    • 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təltif olunub.
    • Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 20 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
    • Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubileyi medalı ilə təltif olunub.




    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çingiz Hüseynzadə haqqında məlumat. Çingiz Hüseynzadə nədir? Çingiz Hüseynzadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Brend

    • Fevral 27, 2026

      Adil

    • Fevral 24, 2026

      Proton (avtomobil)

    • Fevral 27, 2026

      Kreyser sonatası

    • Fevral 27, 2026

      Psou çayı

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst