Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nilfeym (q.skan. Niflheim) və ya Nilfheymr (q.skan. Niflheimr; hər ikisi bukv. Duman evi) — german-skandinav mifologiyasında kainatın doqquz dünyasından biri, b

Niflheym

  • Ana Səhifə
  • Vikipediya
  • Niflheym

Nilfeym (q.skan. Niflheim) və ya Nilfheymr (q.skan. Niflheimr; hər ikisi bukv. Duman evi) — german-skandinav mifologiyasında kainatın doqquz dünyasından biri, buz və duman aləmi, buz divlərinin yaşdığı yer. Bu yer bəzən Nifhel və Helheym anlayışları ilə üst-üstə düşür. Nilfheymr adı sadəcə iki mənbədə qeyd olunur. Onlar: "Uzaqgörən Qülvi" və "Odinin alaqarğa qaldrı" əsərləridir.

Qədim skandinav kosmologiyasının təsviri. Henri Uiton. 1831-ci il.

Niflheym əsasən kortəbii buz və şaxta diyarıdır. Bu diyarda Elivaqarın donmuş çayları və bütün çayların mənbəyi olan Hvergelmir quyusu yerləşir. "Uzaqgörən Qülvi" əsərinə görə, Niflheym Ginnunqaqapdan törəmiş iki qədim diyardan ikincisidir. Onlarından digəri alov diyarı olan Muspelheymdir. Muspelheym həmçinin, Niflheymin əksidir. Bu iki alov və buz diyarı arasında yaranmışdır. Niflheymin suları Muspelheymin istiliyi ilə toqquşan zaman "yaradıcı buxar" əmələ gəlmişdir. Bundan sonra bu diyar Lokinin qızı Helin yurdu, eləcə də ondan asılı olanlar, yəni qəhrəmancasına ölməmiş insanlar üçün axirət olaraq tanınmağa başlamışdır.

Mündəricat

Etimologiya

"Nifl" (azərb. Duman‎) sözü qədim ingilis dilindəki "Nifol" (azərb. Qaranlıq‎), qədim yuxarı alman dilindəki "Nebul" (azərb. Duman‎) və qədim yunan dilindəki "Νεφέλη" (azərb. Bulud‎) sözü ilə eyni mənşəyə malikdir.

Populyar mədəniyyətdə

Niflheym müasir populyar mədəniyyətdə olduqca populyar bir termindir.

İsveçdə "Nifelheim" adlı bir metal musiqi qrupu mövcuddur. 2004-cü ildə Kanadada "Niflheim" musiqi qrupu qurulmuşdur, hansı ki, 2006-cı ildə adını "Gris" olaraq dəyişdirmişdir.

ABŞ yazıçısı Liza Ceyn Smitin "Qadağan olunmuş oyun" trilogiyasında adı çəkilən "Alatoranlıq dünyası" əslində Niflheym olduğu anlaşılır.

"Marvel Comics" kainatının "Tor" seriyasında Niflheym kainatın doqquz dünyasından biridir və "Tor 2: Qaranlıq krallıq" filmində onu görmək mümkündür.

"Ragnarok Online" kütləvi çoxnəfərli onlayn rol oyununda "Niflheim" adlı bir məkan mövcuddur.

"Tomb Raider: Underworld" videooyununda Niflheymdən bəhs olunmuşdur.

Niflheym 2018-ci ildə satışa çıxarılmış "God of War" oyunundakı məkanlardan biridir.

"Final Fantasy XV" videooyununda Niflheym texnoloji baxımdan inkişaf etmiş bir imperiyanın adıdır.

"Mahouka Koukou no Rettousei" manqasında Niflheymdən bəhs edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Niflheym haqqında məlumat. Niflheym nədir? Niflheym nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Macar əlifbası

  • Fevral 27, 2026

    Şahi (silah)

  • Fevral 27, 2026

    Türkmənbaşı

  • Fevral 27, 2026

    Əlhambra sarayı

  • Fevral 27, 2026

    Bəhram Aşurov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst