Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vulstorp malikanəsi (ing. Woolsthorpe Manor) – İngiltərənin Linkolnşir qraflığında Qrantem şəhərinin yaxınlığında yerləşən Vulstrop-bay-Kolstervort qəsəbəsində

Vulstorp malikanəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Vulstorp malikanəsi

Vulstorp malikanəsi (ing. Woolsthorpe Manor) – İngiltərənin Linkolnşir qraflığında Qrantem şəhərinin yaxınlığında yerləşən Vulstrop-bay-Kolstervort qəsəbəsində malikanə. İsaak Nyutonun doğum yeri və ailə evi olub. O, burada 25 dekabr 1642-ci ildə anadan olub. Həmin dövrdə malikanə yemonun ferması idi, burada əsasən qoyun yetişdirmə ilə məşğul olurdular.

Vulstorp malikanəsi
Woolsthorpe Manor
Ölkə
  •  Birləşmiş Krallıq
Yerləşir Vulstrop-bay-Kolstervort, Linkolnşir
Aidiyyəti Milli Fond
Tikilmə tarixi XVII əsr
Üslubu malikanə
Rəsmi sayt nationaltrust.org.uk/woo…
52°48′33″ şm. e. 0°37′50″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

1666-cı ildə Kembric Universiteti vəbaya görə bağlananda Nyuton malikanəyə qayıtmışdır. O, burada bir çox məşhur təcrübəsini (əsasən işıq və optika) aparmışdır. Deyilənə görə Nyuton məhz burada ağacdan almanın düşməsini müşahidə etmiş və bu, ona ümumdünya cazibə qanunu verməyə ilhamlandırıb.

Hazırda Milli Fondun nəzarəti altında olan malikanə ilin bütün vaxtı ictimaiyyətə açıqdır və tipik XVII əsr yemon ferması kimi təqdim olunur, lakin Nyutonun vaxtından bu yana müasir yaşayış, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun bəzi dəyişikliklər edilmişdir.

Bir zamanlar özəl mülk olan evin yeni əraziləri 2003-cü ildə ictimaiyyətə açılmışdır. Arxa hissələr (taxıl anbarına tərəf aparırdı) yenidən tikilib, qədim divarlarla əhatə olunmuş mətbəx bağçası (evin arxası) yenidən bərpa olunub.

Köhnə ferma binalarından biri fizika cihazları təchiz olunub və ziyarətçilər Nyuton tərəfindən öyrənilən fiziki prinsipləri təcrübə edə bilərlər.

Malikanə I dərəcəli tikili kimi qorunur.

Vulstorp-bay Kolstervort (Linkolnşirdə yerləşən Vulstorp-bay-Belvoyr ilə qarışdırılmamalı) XVII əsrdə bir neçə evdən ibarət olan kəndcikdən bir neçə yüz evdən ibarət balaca qəsəbəyə çevrilib. Vulstorp malikanəsinin malik olduğu orijinal torpaqların çox hissəsi yaxınlıqdakı bir ailəyə satılıb. Malikanə qəsəbənin kənarında yerləşir və əsasən boş otlaqlarla əhatə olunub.

Populyar mədəniyyətdə

  • "Kosmos: Kosmik Odissey" televiziya verilişinin 3-cü və 10-cu buraxılışlarından planetlərin hərəkətindən və Nyutonun bu məsələyə münasibətindən danışılarkən Vultstorp malikanəsi göstərilir.

Həmçinin bax

  • İsaak Nyutonun ilk illəri və uğurları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vulstorp malikanəsi haqqında məlumat. Vulstorp malikanəsi nədir? Vulstorp malikanəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oğul

  • Fevral 27, 2026

    Mübahilə günü

  • Fevral 25, 2026

    Bob Akri

  • Fevral 27, 2026

    Xristian dini

  • Fevral 27, 2026

    Narahatlıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst