Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meteorit və ya aerolit — elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur v

Meteoritlər

  • Ana Səhifə
  • Vikipediya
  • Meteoritlər

Meteorit və ya aerolit — elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthiə düşürlər. İndiyədək yerdə 3000-ə qədər meteorit tapılıb. Güman etmək olar ki, ibtidai insanlar bu meteorit parçalarından metal alətlər düzəltmək üçün istifadə etmişlər.

Mündəricat

Meteoritlərin kimyəvi tərkibi

Meteoritlər kimyəvi tərkiblərinə görə üç qrupa bölünür: daş (aerolit), dəmir-daş (sidepolit) və dəmir (siderit)

Aerolitin tərkibində 47% oksigen, 21% silisium, 16% dəmir, 14% maqnezium və 2% qarışıq vardır. Buradan görünür ki, daş meteoritin tərkibində O və Si elementlərinin nisbi miqdarı yer qabığındakına yaxındır, metal isə çoxdur.

Siderolitin tərkibində 55% dəmir, 19% oksigen, 12% maqnezium, 8% silisium, 5% nikel və 1% qarışıq vardır.

Siderit 91% dəmirdən, 8% nikeldən, 0,5% kobaltdan və qalan çox az hissə fosfor, kükürd və başqa qarışıqlardan ibarətdir.

Meteorit növlərinin kimyəvi tərkibinin müqayisəsindən onlara verilən adların tərkiblərinə uyğun olduğu görünür. Qeyd edək ki kimyəvi elementlərinin faizlərini göstərən qiymətlər meteoritdən asılı olaraq öz yaxın ətrafında nisbətən aşağı və ya yuxarı ola bilər.

Meteoritlərin quruluşu və yaranma şəraiti

Quruluş və yaranma şəraitinə görə meteoritlər iki qrupa bölünürlər: differensasiya olunmuş meteoritlər və xondritlər.

Differensasiya olunmuş meteoritlər böyük cismin ( asteroidin) dağılmasından əmələ gəlir, xondiritlər isə kiçik hissəciklərin birləşməsindən yaranır.

Azərbaycan ərazisində Qazax rayonu ərazisinə, Ağcabədi rayonunun Hindarx bölməsinə və nəhayət , Yardımlı rayonu ərazisinə isə kütləsi 127 kq olan meteorit düşmüşdür.

Yardımlı meteoriti

Azərbaycan ərazisinə düşən məlum olan ən böyük meteoritdir, 1959-cu ildə Yardımlı rayonunda dağlıq əraziyə düşmüş, çəkisi 127 kq, əsas tərkib hissəsi dəmirdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meteoritlər haqqında məlumat. Meteoritlər nədir? Meteoritlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lorenso Mediçi

  • Fevral 27, 2026

    Nuakşot

  • Fevral 25, 2026

    Aysberq

  • Fevral 28, 2026

    Juniperus barbadensis

  • Fevral 27, 2026

    Özəl sektor

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst