Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan.

Qatır

  • Ana Səhifə
  • Vikipediya
  • Qatır

Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan.

Mündəricat

Qatır nəqliyyat vasitəsi kimi

Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur.

Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı.

XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi. XIX əsrin 50-ci illərində Şamaxı, Nuxa, Şuşa və Lənkəranda 18 min baş, həmin əsrin 60-cı illərində isə 32500-dən çox qatır və uzunqulaq olmuşdur.

Qatır yetişdirmək çətin olduğundan, onları baha qiymətə satırdılar. XIX əsrin sonlarında Yelizavetpol quberniyasında yetişdirilən iri və güclü qatırların hər biri 200-300 rubla satılrıdı. 28 Buna görə də quberniyanın Qazax qəzasında XIX əsrin 80-ci illərində cəmi 97 baş qatır qeydə alınmışdı.

XIX əsrdə yük nəqliyyatı vasitəsi kimi qatırdan xarici kaptalistlər geniş istifadə edirdilər. Şəmkirdə Şərab istehsalı ilə məşğul olan alman Forer qardaşları iş heyvanı kimi qatıra yüksək qiymət verirdilər. 1879-cu ilə kimi Simens qardaşları şirkəti də mis zavodlarını odun kömürü ilə təchiz etmək, Bakı və Batumidən gətirilən dəmir qırınıtılarını almaq və istehsal olunmuş məhsulu daşımaq üçün 200 baş at və qatırdan istifadə etmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qatır haqqında məlumat. Qatır nədir? Qatır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmza

  • Fevral 27, 2026

    Tətbiqi fizika

  • Fevral 27, 2026

    Qadınlar

  • Fevral 27, 2026

    Bayandur (Şörəyel)

  • Fevral 26, 2026

    Dortmund

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst