İbn Hövqəl (ərəb. ابن حوقل), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbül-Qasım ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 978) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl-məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik vəl-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var.
| İbn Hövqəl | |
|---|---|
| ərəb. ابن حوقل | |
| Doğum tarixi | 943 |
| Doğum yeri | |
| Vəfat tarixi | 978 (34–35 yaşında) |
Ədəbiyyat
- Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия. 1. 2004. ISBN ISBN 9965-9389-9-7.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 357.
- Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünüs-səyyahları Azərbaycan haqqında. Bakı. 1974.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Hövqəl haqqında məlumat. İbn Hövqəl nədir? İbn Hövqəl nə deməkdir?