Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Təklif müəyyən dövr ərzində bazarda o

Təklif

  • Ana Səhifə
  • Vikipediya
  • Təklif

Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Təklif müəyyən dövr ərzində bazarda olan, yaxud bazara çıxarıla bilən əmtəə və xidmətlərin kəmiyyəti (həcmi, miqdarı) və ya onun pul ilə dəyəridir. Təklif istehsal prosesi ilə sıx bağlı olsa da, ondan fərqlənir. İstehsal prosesi maddi nemətlərin hazırlanması ilə bilavasitə bağlı olduğu halda, təklif əmtəə-xidmətlərin mübadiləsi, satışı, reallaşdırılması münasibətlərini əks etdirir. Normal bazar münasibətləri şəraitində, adətən təklif istehsal həcmindən aşağı olur. Buna səbəb ölkədə istehsal olunmuş məhsulların təkcə daxili bazarda deyil, eyni zamnanda xarici bazarda satışı, yaxud digər dövlətlərə ixracıdır.

Tələb kimi təklif də qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcuddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.

İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir.

Təklifə təsir edən amillər

Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcuddur. Bunlardan:

  • Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
  • Texnologiya. Texnologiyada yeniliklər istehsalı daha səmərəli edə və xərcləri azalda bilər.
  • Vergilər və dotasiyalar. Çoxlu şirkətlər vergilərə istehsalın xərcinə kimi yanaşırlar. Ona görə də satış və ya əmlak vergilərin artımı təklifə mənfi təsir göstərə bilər. Dotasiya (yəni ki məhsulun istehsalçısına dövlətdən maddi yardım) isə əksinə, xərcləri azaldır, və təklif artır.
  • Digər məhsulların qiymətləri. Bu bir-birini əvəz edə bilən məhsulların təklifi üçün aiddir. Məsələn, əgər buğdanın qiyməti artır, onda istehsalçı qarğıdalıdan buğdanı yetişdirməyə keçir. Deməli, buğdanın təklif Bold texti artır, qarğıdalının isə düşür.
  • Gözləmələr. Gözləmələrin təsiri müxtəlif ola bilər. Misal üçün, buğda fermerləri gələcəkdə buğda qiymətinin artımını gözləsə, öz məhsulunu satışdan saxlaya bilərlər, və təklif düşür. O biri tərəfdən isə, emaledici sənayedə cari istehsal yüksələ bilər, əgər xammalın qiymətlərinin artımı gözlənilir.
  • Satıcıların sayı. Bazara daxil olan yeni istehsalçılar təklifin artmasına səbəb olurlar.

Həmçinin bax

  • Təklif qanunu
  • Tələb və təklif

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təklif haqqında məlumat. Təklif nədir? Təklif nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sərəncam

  • Fevral 27, 2026

    963-cü il

  • Fevral 27, 2026

    Urnayr

  • Fevral 27, 2026

    Çejudo adası

  • Fevral 23, 2026

    Höte

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst