Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahim Abdulla oğlu Eminbəyli (1894–1937) — 1920-ci ildə Gəncədə quberniya komissarı, sonra Qəza İcraiyyə Komitəsinin məsul katibi, Bakıda "Kommunist" qəzetini

İbrahim Eminbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahim Eminbəyli

İbrahim Abdulla oğlu Eminbəyli (1894–1937) — 1920-ci ildə Gəncədə quberniya komissarı, sonra Qəza İcraiyyə Komitəsinin məsul katibi, Bakıda "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru, Konservatoriyanın rektoru olub. 1937-ci ildə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin (Qlavlitin) rəisi idi. Azərbaycan K(b)P MK-nın üzvü olub. Repressiya qurbanı, Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz.

İbrahim Eminbəyli
Azərbaycan Dövlət Nəşriyyatının direktoru
1931 – 1933
"Kommunist" qəzetinin redaktoru
Azərbaycan SSR xalq maarif komissarının müavini
1930 – 14 sentyabr 1931
SonrakıMəmməd Cuvarlinski
Azərbaycan SSR Baş Mətbuat İdarəsinin rəisi
1924 – 1930
SonrakıHüseyn Şərif
Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi
1920 – 1922
Şəxsi məlumatlar
Doğum tarixi 1894(1894)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13) (42–43 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti jurnalist

Həyatı

İbrahim Abdulla oğlu Əminbəyli 1894-cü ildə Gəncə şəhərində anadan olmuşdu. 1914-cü ildə pedaqoji kurs qurtarmış Əminbəyli Şuşa və Gəncədə müəllimlik etmiş, bolşevik partiyasının Gəncə mahal komitəsinin üzvü və katibi seçilmişdir. (1918–1920). Gəncə quberniya komissarı, Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi (1920–1922) Sovet partiya məktəbinin, S. Ağamalıoğlu adına texnikumunun müəllimi (1922–1924), AKP MK mətbuat şöbəsinin müdiri, "Kəndli" qəzetinin redaktoru, Azərbaycan SSR Baş Mətbuat İdarəsinin rəisi (1924–1930), xalq maarif komissarının müavini (1930–1931), "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru (1931–1933) vəzifələrində çalışmışdır.

İbrahim Abdulla oğlu Eminbəyli Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin rəisi İbrahim Eminbəyli əks-inqilabçı və gizli müsavatçı kimi həbs edilmişdir.

1937-ci il oktyabrın 12-də saat 17.45-də başlamış məhkəmə iclası 18.00-da başa çatmışdır. Hökm bir gün sonra Bakıda həyata keçirilmişdir.

İ. Eminbəylinin həyat yoldaşı Firuzə Eminbəyli isə 1937-ci ildə həbs edilmiş və xalq düşməninin ailə üzvü kimi sürgün edilmişdir. Sürgündən 1946-cı ildə qayıtmışdır. Yasamal qəbiristanlığında dəfn edilmişdir.

1954-cü il iyulun 2-də İ. Eminbəylinin oğlu Yavuz Eminbəyli atasının işinə yenidən baxılması xahişi ilə SSRİ Nazirlər Sovetinin sədri Malenkovun adına ərizə ilə müraciət etmişdir.

1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə İ. Eminbəylinin işi ilə əlaqədar 1937-ci il oktyabrın 12-də Hərbi Kollegiyanın çıxardığı hökm ləğv edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahim Eminbəyli haqqında məlumat. İbrahim Eminbəyli nədir? İbrahim Eminbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Miloe Vasiç

  • Fevral 27, 2026

    Ərtoğrul Cavid

  • Fevral 27, 2026

    Pulitser mükafatı

  • Fevral 26, 2026

    Kaunas

  • Fevral 27, 2026

    Burbonlu Lüdovik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst