Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub.

Luka Toni

  • Ana Səhifə
  • Vikipediya
  • Luka Toni

Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub.

Luka Toni
it. Luca Toni
Ümumi məlumatlar
Doğum tarixi 26 may 1977(1977-05-26)[…] (48 yaş)
Vətəndaşlığı
  •  İtaliya
Boyu 193 sm
Çəkisi 88 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1994–1996 Modena 32 (7)
1996–1997 Empoli 3 (1)
1997–1998 Fiorenzuola 26 (2)
1998–1999 Atletiko Roma 31 (15)
1998–1999 Lodigiani 31 (15)
1999–2000 Trevizo 35 (15)
2000–2001 Viçentsa 31 (9)
2001–2003 Breşiya 44 (15)
2003–2005 Palermo 80 (50)
2005–2007 Fiorentina 67 (47)
2007–2010 Bayern Münxen 60 (38)
2010 → Roma 15 (5)
2010–2011 Cenoa 16 (3)
2011–2012 Yuventus 14 (2)
2012 Əl-Nəsr 8 (3)
2012–2013 Fiorentina 27 (8)
2013–2016 Hellas Verona 95 (48)
Milli yığma
2004–2009 İtaliya 47 (16)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur.

Mündəricat

Karyerası

Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi.

Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır. O, vurduğu qollarla, 2003-cü ildə komandaya A Seriyasına yüksəlməsinə kömək etdi. 2003/04 mövsümündə B Seriyası çempionluğunu qazanaraq, 30 qolla liqanın bombardiri oldu. Növbəti mövsümdə o, A Seriyasında 20 qol vuraraq klubun Avropaya vəsiqə qazanmasına kömək etdi.

2005-ci ildə "Fiorentina" klubuna keçir. "Fiorentina" ilə iki məhsuldar mövsümdən sonra Toni növbəti üç mövsümu Almaniyanın "Bayer Münhen" komandasında keçirdir.

2007-ci ildə "Bayer Münhen"ə yerli trebl əldə etməyə kömək etdi. 2007–08 mövsümündə də UEFA Kubokunda yarı finala yüksəlir. Komanda ilə keçirdiyi üçüncü mövsümüdə klubun məşqçisi ilə mübahisə etdikdən və ehtiyat heyətə salındıqdan sonra o, 2010-cu ildə "Roma" icarəyə verilir.

2010-cu ildə "Cenoa" klubuna transfer edilir. 2011-ci ildə isə "Yuventus" klubuna keçir.

2012-ci ildə o, BƏƏ Ərəb Körfəz Liqasında "Al-Nasr Dubai SC"də oynadı, lakin həmin ilin sonunda bir mövsüm üçün keçmiş klubu "Fiorentina"ya qayıtdı.

Karyerasında sonuncu klub olan "Hellas Verona" ilə üç mövsüm keçirdikdən sonra 2016-cı ildə karyerasını bitirir.

Karyera statistikası

Klub

Klub Mövsüm Liqa Ölkə kuboku Qitə Toplam
Dvizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Modena 1994–95 C1 Seriyası 9 3 – – 9 3
1995–96 C1 Seriyası 25 5 – – 25 5
Modena toplam 34 8 – – 34 8
Empoli 1996–97 B Seriyası 3 1 0 0 – 3 1
Fiorenzuola 1997–98 C1 Seriyası 26 2 4 2 – 30 4
Lodiyani 1998–99 C1 Seriyası 31 15 2 1 – 33 16
Trevizo 1999–2000 B Seriyası 35 15 4 1 – 39 16
Viçentsa 2000–01 A Seriyası 31 9 2 0 – 33 9
Breşiya 2001–02 A Seriyası 28 13 4 1 2 0 34 14
2002–03 A Seriyası 16 2 0 0 – 16 2
Breşiya toplam 44 15 4 1 2 0 50 16
Palermo 2003–04 B Seriyası 45 30 2 0 – 47 30
2004–05 A Seriyası 35 20 1 1 – 36 21
Palermo toplam 80 50 3 1 – 83 51
Fiorentina 2005–06 A Seriyası 38 31 4 2 – 42 33
2006–07 A Seriyası 29 16 0 0 – 29 16
Bayer Münhen 2007–08 Bundesliqa 31 24 4 5 11 10 46 39
2008–09 Bundesliqa 25 14 2 1 8 3 35 18
2009–10 Bundesliqa 4 0 2 1 2 0 8 1
Bayer Münhen toplam 60 38 8 7 21 13 89 58
Bayer Münhen II 2009–10 3. Liqa 2 0 0 0 0 0 2 0
Roma 2009–10 A Seriyası 15 5 2 0 0 0 17 5
Cenoa 2010–11 A Seriyası 16 3 2 4 – 18 7
Yuventus 2010–11 A Seriyası 14 2 1 0 0 0 15 2
2011–12 A Seriyası 0 0 0 0 – 0 0
Yuventus toplam 14 2 1 0 0 0 15 2
Al Nasr 2011–12 BƏƏ PRO Liqası 8 3 2 2 3 0 13 5
Fiorentina 2012–13 A Seriyası 27 8 1 0 – 28 8
Fiorentina toplam 94 55 5 2 – 99 57
Verona 2013–14 A Seriyası 34 20 2 1 – 36 21
2014–15 A Seriyası 38 22 1 1 – 39 23
2015–16 A Seriyası 23 6 2 1 – 25 7
Verona toplam 95 48 5 3 – 100 51
Karyerasında toplam 586 268 44 24 26 13 658 306

Əlaqəli keçidlər

İtaliya A Seriyası bombardirləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Luka Toni haqqında məlumat. Luka Toni nədir? Luka Toni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Levitasiya

  • Fevral 11, 2026

    Rəsmi dil

  • Fevral 27, 2026

    Kineşma

  • Fevral 27, 2026

    Gənc türklər

  • Fevral 27, 2026

    UTC−11:00

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst