Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur.
| Tim Berners-Li | |
|---|---|
| ing. Tim Berners-Lee | |
| |
| Doğum adı | Timothy John Berners-Lee |
| Doğum tarixi | 8 iyun 1955[…] (70 yaş) |
| Doğum yeri |
|
| Elm sahələri | informasiya texnologiyaları, informatika |
| Elmi dərəcəsi |
|
| İş yerləri | |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-cü ildə özünə İngiltərə Kraliçası tərəfindən sor (sir) ünvanı verilmişdir.
Fəaliyyəti
Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-cı ildə, inkişaf etdirmişdir. 1994-cü ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir.
Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır. 1999-cu ildə onun adı "Time" jurnalında dərc olunan "20-ci əsrin 100 ən görkəmli insanları" siyahısına daxil edilmişdir.
Oxford Universitetindən Fizika Diplomunu alıb. HTML kodunu daha çox tanıtmaq üçün Con Pool's Image kampaniyasında işə girdi.
2004-cü ildə Southampton İnsti özünə təqdim edilən araşdırma yerini qəbul etdi..
Tim Berners-Li 2004-cü ildə “İlin Adamı” adına layiq görülmüşdür.
Tim Berners-Lee World Wide Web Consortium
Hal-hazırda World Wide Web Consortium-un (W3C) sədri, MIT-də tədqiqatçı və Southampton Üniversitetində kompüter elmləri professorudur.
Məşhur Sözü — "İnternetdəki səyahətiniz Dünyaya təsir edir"
Qalereya
Ədəbiyyat
- Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tim Berners-Li haqqında məlumat. Tim Berners-Li nədir? Tim Berners-Li nə deməkdir?


