Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yeri

Robot

  • Ana Səhifə
  • Vikipediya
  • Robot

Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır.

Droz Androidləri
Humanoid robot

Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar.

Mündəricat

Tarixi

Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır. Avtomatk işləyən köməkçi maşınların yaradılması arzuları insanlarda hələ antik dövrdən baş qaldırmışdır. Antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr, orta əsrdə Vaukansonun ördəyi bu sahədə edilmiş ilk cəhdlərdəndir. 1700-cü ildə İsveçrədə ata və oğul Droz bir-biri ilə oxşar olan iki, insanabənzər avtomat (Android) düzəldirlər. Hündürlüyü təxminən 70 cm olan bu avtomatlardan biri (soldakı) uzunluğu 40 işarədən ibarət olan istənilən mətni yazmağa qadirdir. Sağdakı avtomat isə it, kəpənək və ya şah XVI Louisin portretini çəkə bilir. Bu avtomatlar hal-hazırda İsveçrədə muzeyində yerləşirlər.

Keçən əsrin ikinci yarısında bir çox robot növləri yaradılmışdır. Buraya misal olaraq human, sənaye, portal, xidmətgöstərici, oyuncaq, axtarış və s. robotlarını göstərmək olar. Maşınqayırmada ən geniş tətbiq olunanı sənaye robotlarıdır. Onların tətbiq sahələri yığmada, emalda, nəqletmədə və qaynaqetmədə aparılan işləri əhatə edir.

Oyuncaq robotlar

Yaradılma məqsədləri istehsal prosesində iştirak etmək deyil, daha çox insanları əyləndirmək və ya bəzi məsələlərdə xidmət göstərmək olan oyuncaq robotlar hərəkət etmək, danışmaq, sözlü komandaları anlamaq kimi xüsusiyyətlərə malikdir və texnologiyanın inkişafı fonunda bacarıqları daha da artacaq.

Həmçinin bax

  • Sənaye robotu
  • Humanoid robotlar
  • NAO (robot)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robot haqqında məlumat. Robot nədir? Robot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aaron Pol

  • Fevral 27, 2026

    Şamo (roman)

  • Fevral 27, 2026

    Cotinus

  • Fevral 27, 2026

    Yenot

  • Fevral 27, 2026

    Blokçeyn

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst