Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarixi Batalpaşa (rus. Баталпашинск), müasir adı Çerkessk olan şəhər Qaraçay-Çərkəz Muxtar vilayətinin inzibati mərkəzidir. (Qaraçay türkləri özlərinə "qaraçayl

Çerkessk

  • Ana Səhifə
  • Vikipediya
  • Çerkessk

Çerkessk (rus. Черкесск) — Rusiya Federasiyasının Qaraçay-Çerkesiya Respublikasında şəhər.

Çerkessk
Черкесск
Черкесск
Черкесск
Gerb
Gerb
44°13′20″ şm. e. 42°03′27″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1825
Sahəsi
  • 69,8 km²
Mərkəzin hündürlüyü 530 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 123.100 nəf. (2021)
Rəsmi dili
  • Abazin dili,
  • Qaraçay-balkar dili,
  • Noqay dili,
  • Kabardin-çərkəz dili,
  • rus dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8782
Poçt indeksi 369000–369016
Digər
cherkessk09.ru
Xəritəni göstər/gizlə
Çerkessk xəritədə
Çerkessk
Çerkessk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tarixi Batalpaşa (rus. Баталпашинск), müasir adı Çerkessk olan şəhər Qaraçay-Çərkəz Muxtar vilayətinin inzibati mərkəzidir. (Qaraçay türkləri özlərinə "qaraçaylı" deyirlər).

1787-1791-ci illər Rus-Türk müharibəsi tam şiddəti ilə qızışmaqda idi. Torpaq üzərində qurban gedən şəhidlərlə birlikdə qəsbkarlara da məzar olan İsmayıl qalasının zəbt olunduğu vaxt (1790) Kuban nəhri də qanla ləbələb axırdı. Bir-birini təqib edən Qafqaz müharibələri şəraitində genişlənən rus işğalından yaxa qurtarmaq istəyən Qafqaz xalqlarının yardım tələbiylə Osmanlı dövləti 1789-cu ildə Battal paşa komandanlığı altında Qara dəniz sahillərinə 30 minlik qüvvə çıxarmışdı. Budur, şücaətli Batal paşa Anapadan üzü yuxarı Kuban boyunca hərəkətə keçmişdir. II Yekaterinanın 10-15 il əvvəl Qara dəniz boyunca yerləşdirdiyi kazaklar Kuban sahillərində qafqazlıların qarşısını kəsdilər. Sərəsgər Batal Paşa qan içində üzən bu bəlalı yerlərdən keçərək Kabardaya daxil olmaq, burda üsyana qalxan yerli xalqları toplayıb ordusuna daxil etmək və birlikdə istilaçıları öz torpaqlarından qovub çıxarmaq istədi. Lakin "Yunan projesi" deyə fitnəkar bir plan hazırlayan II Yekaterina Qafqaza böyük qüvvə yeritmişdi. Anapaya geri çəkilən Batal paşa qüvvələri məğlub edilir, paşa özü isə əsir düşür. Bundan az sonra isə Batal paşanın oğlunun da cəbhədə əsir düşdüyünü və Rusiyanın içərilərinə yola salındığını Kutuzovun cəbhədən II Yekaterinaya göndərdiyi 20 yanvar 1791-ci il tarixli relyasiyadan öyrənirik. Bu faktların Yekaterinanın nəzərinə qabarıq şəkildə çatdırılması Batal paşanın Rusiya üçün necə və hansı təhlükəni yaratdığını göstərir.

Batal paşa qəsəbəsi illərdən bəri saxladığı adını da itirir. Müharibə qurtarar-qurtarmaz burada yerləşdirilən kazaklar qəsəbəni kazak stanitsasına çevirirlər və rus dili tələffüzünə uyğun olaraq onu Batalpaşinsk adlandırırlar. 1930-1937-ci illər arası Sulimov şəhəri, 1939-cu ildən Çerkessk (Çərkəz şəhəri) adlanır.

İndi şəhər yaxınlığında "Batal paşa gölləri" adında torpağın əsil adı saxlanılır. Qəhrəmanın adı da həmişə tarıxlərdə sərəsgər Batal paşa kimi anılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çerkessk haqqında məlumat. Çerkessk nədir? Çerkessk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qətl

  • Fevral 24, 2026

    Amazon çayı

  • Fevral 27, 2026

    Nikolay Voronov

  • Fevral 27, 2026

    İbtidai təhsil

  • Fevral 27, 2026

    Pindar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst