Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karl Teodor Yaspers (alm. Karl Theodor Jaspers‎; 23 fevral 1883[…], Oldenburq, Böyük Oldenburq hersoqluğu, Almaniya imperiyası – 26 fevral 1969[…], Bazel[…]) —

Karl Yaspers

  • Ana Səhifə
  • Vikipediya
  • Karl Yaspers

Karl Teodor Yaspers (alm. Karl Theodor Jaspers‎; 23 fevral 1883[…], Oldenburq, Böyük Oldenburq hersoqluğu, Almaniya imperiyası – 26 fevral 1969[…], Bazel[…]) — Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri.

Karl Yaspers
alm. Karl Theodor Jaspers‎
Doğum tarixi 23 fevral 1883(1883-02-23)[…]
Doğum yeri
  • Oldenburq, Böyük Oldenburq hersoqluğu, Almaniya imperiyası
Vəfat tarixi 26 fevral 1969(1969-02-26)[…] (86 yaşında)
Vəfat yeri
  • Bazel, Bazel-Ştat kantonu[d], İsveçrə[…]
Dəfn yeri
  • Friedhof am Hörnli[d]
Təhsili
  • Heydelberq Universiteti
Fəaliyyəti filosof, psixiatr, həkim, ilahiyyatçı, universitet müəllimi[d], yazıçı, psixoloq
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Karl Yaspers

Mündəricat

Həyatı

Karl Yaspers 23 fevral 1883-cü ildə, Oldenberq-də anadan olmuşdur. 1907-ci ildəHeydelberq universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin bir qədər oxuduqdan sonra tibb fakültəsinə keçmiş və 1908-ci ildə oranı bitirmişdir. Həkim-psixiatr ixtisasına yiyələnmiş, 1913-cü ildə "Ümumi psixopatologiya", 1919-cu ildə "Dünyagörüşlər psixologiyası" kitablarını yazıb dərc etdirmiş, tək həkim kimi deyil, psixoloq və filosof kimi də tanınmışdır. 1931–32-ci illərdə uzun müddət üzərində işlədiyi irihəcmli "Fəlsəfə" əsəri dərc olunmuşdur. İkinci dünya savaşından sonra bir çox fəlsəfi kitabları işıq üzü görmüş, müəllifinə böyük şöhrət gətirmişdir.

Karl Yaspers 26 fevral 1969-cu ildə Bazel-də vəfat etmişdir.

Yaradıcılığı

Karl Yaspers həkim və psixoloq olaraq xəstə insanların psixoloji durumunu yaxından müşahidə etmiş, ölüm və həyat arasında olan insanların fəlsəfi yaşantılarını anlamağa çalışmışdır. Ölüm ayağında olan insan nə kimi duyğuları yaşayır? Dünyanı, həyatı, insanları necə hiss edir? Həyatın mənasını nədə görür? Yaspersin məhz bu dərin müşahidələri onu Almaniyanın çoxsaylı həkimləri sırasından ayırmış və dünyanın ən görkəmli filosoflarından biri etmişdi.

Yaspersin tarixin mənbələri, dövrün mənəvi durumu və fəlsəfi inama həsr olunmuş "Tarixin mənası və təyinatı" adlı məşhur əsəri 2008-ci ildə azərbaycan dilində işıq üzü gördü.

Əsərləri

  • Allgemeine Psychopathologie, 1913;
  • Psychologie der Weltanschauungen, 1919;
  • Philosophie, 3 Bd., 1932;
  • Von der Wahrheit, 1947;
  • Die Schuldfrage. Ein Beitrag zur deutschen Frage, 1946;
  • Die grossen Philosophen, Bd. 1, 1957;
  • Der philosopische Glaube angesichts der Offenbarung, 1962;
  • Die Atombombe und die Zukunft des Menschen, 1958;
  • Chiffren der Transzendenz, 1970

Həmçinin bax

  • Sokrat
  • Aristotel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Yaspers haqqında məlumat. Karl Yaspers nədir? Karl Yaspers nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muroidea

  • Fevral 25, 2026

    JPMorgan Chase

  • Fevral 27, 2026

    Cenevrə Universiteti

  • Fevral 27, 2026

    Qaneşa

  • Fevral 27, 2026

    Dördbucaqlı qala

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst