Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov (10 dekabr 1863, Şuşa – 20 mart 1929, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun

Abram Dastakov

  • Ana Səhifə
  • Vikipediya
  • Abram Dastakov

Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov (10 dekabr 1863, Şuşa – 20 mart 1929, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun Partiyası Bakı bürosunun sədri, Bakı Şəhər Duması və Bakı Şəhər İctimai Özünüidarəsi üzvü.

Abram Dastakyan
Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri
14 mart 1919 – 22 dekabr 1919
ƏvvəlkiYevsey Gindes
SonrakıMusa bəy Rəfiyev
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1863(1863-12-10)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 mart 1929(1929-03-20) (65 yaşında)
Vəfat yeri
  • Paris
Dəfn yeri
  • Banyo qəbiristanlığı[d]
Partiya
  • Daşnaksutyun
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Uşağı
  • Nikita Dastakyan[d]

Mündəricat

Həyatı

1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907–1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi.

Vəzifədən gedəndən sonra bir müddət Ermənistan Səhiyyə Naziri kimi işləmiş, daha sonra 1920-ci ildə Tbilisiyə köçmüşdü. Gürcüstanda Sovet hakimiyyətinin qurulmasından sonra Fransaya mühacirət etmişdir.

Siyasi fəaliyyəti

1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksutyun Partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu. 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında neft işləri üzrə komitənin sədri olmuşdur.

1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Abram Dastakyan da var idi.

Hökumətdə

Nazirlik vəzifəsinə gəlmədən öncə Daşnaksutyun Partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50.000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə Dastakov General Tomsonun təkidi ilə Daşnaksutyun Partiyasının Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçkilərdə iştirak etməsi qərarını vermişdi. 14 mart 1919-cu ildə II Yusifbəyli hökumətində səhiyyə naziri vəzifəsinə təyin olunmuşdur. Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması barədə müsbət addım kimi mərkəzə bildirilmişdi. 24 dekabr 1919-cu ildə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyev ilə əvəz olunmuşdur.

Ailəsi

Aşxen Dastakyanla evlənmiş, üç övladı olmuşdu: Karen, Nina və Anna. Nəvəsi Anna Dastakyan Fransa vətəndaşıdır və ermənicə bilmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abram Dastakov haqqında məlumat. Abram Dastakov nədir? Abram Dastakov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sami Yusuf

  • Fevral 27, 2026

    Adapazarı

  • Fevral 27, 2026

    Dnestr

  • Fevral 27, 2026

    Art-pop

  • Fevral 27, 2026

    Qureyş surəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst