Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simaları

Fatma Girik

  • Ana Səhifə
  • Vikipediya
  • Fatma Girik

Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub.

Fatma Girik
türk. Fatma Girik
Doğum tarixi 12 dekabr 1942
Doğum yeri İstanbul, Türkiyə
Vəfat tarixi 24 yanvar 2022 (79 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Vəfat səbəbi COVID-19 səbəbiylə ağır orqan çatışmazlığı
Milliyyəti türk
Vətəndaşlığı  Türkiyə
Həyat yoldaşı Memdüh Ün
Fəaliyyəti aktrisa, siyasətçi, rejissor, ssenarist
Fəaliyyət illəri 1957–2012
Təhsili
  • İstanbul qız liseyi
Tanınma səbəbi kino akrtisası, siyasətçi
Mükafatları Antalya Qızıl Portağal kinofestivalı
Ən yaxşı qadın roluna görə
Keşanlı Əli dastanı (1965)
Qız (1967)
IMDb ID0320883

Həyatı

Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib.

1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı. O, "Ezo Gelin", "Boş Beşik" kimi filmlərdə də rol alıb. Fatma Girikin şöhrətinin zirvəsi 1960–70-ci illərə təsadüf edir. Əvvəlcə zəif qızları canlandırsa da, getdikcə ona şöhrət gətirən güclü, məqsədyönlü qadın rollarını oynamağa başladı. Girik filmlərlə yanaşı, seriallarda da rol alıb. Fatma Girik 180-dən artıq bədii filmə çəkilmişdir. 90-cı illərdə o, bir müddət televiziya aparıcılığı da etmişdir.

1965-ci ildə Fatma Girik "Keşanlı Əli dastanı" filmindəki roluna görə Antalya Qızıl Portağal kinofestivalında ilk mükafatını alıb. Girik aktyorluq karyerası ilə yanaşı siyasətlə də məşğul olub. 1989-cu ildə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı seçilib.

Girik Memdüh Ünün rejissorluğu ilə bir çox filmlərdə rol almışdır. Onunla təkcə peşəkar deyil, həm də sevgi münasibətləri var idi, lakin onlar bir-birləri ilə heç vaxt rəsmi nikahda olmayıblar.

Girik 24 yanvar 2022-ci ildə müalicə aldığı özəl xəstəxanada COVID-19 səbəbiylə ağır orqan çatışmazlığından 79 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatma Girik haqqında məlumat. Fatma Girik nədir? Fatma Girik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arduşlu

  • Fevral 26, 2026

    Şəttül-Ərəb

  • Fevral 27, 2026

    Səfərad yəhudiləri

  • Fevral 27, 2026

    Kiçik Məzrə

  • Fevral 27, 2026

    Nadir Nəsibov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst