Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna

Əfzələddin Xunəci

  • Ana Səhifə
  • Vikipediya
  • Əfzələddin Xunəci

Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof.

Əfzələddin Xunəci
Doğum tarixi 1194
Doğum yeri Cənubi Azərbaycanın Xunəc şəhəri
Vəfat tarixi 1248 (53–54 yaşında)
Vəfat yeri
  • Qahirə, Əyyubilər sülaləsi, Əyyubilər dövləti
Fəaliyyəti yazıçı, filosof, həkim, ruhani[d]

Mündəricat

Həyatı

Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb. Məhəmmədəli Ayni 1928-ci ildə İstambulda Universitetin ilahiyyat fakültəsi məcmuəsində dərc etdirdiyi "Türk məntiqçiləri" oçerkində Azərbaycan məntiqçisinin irsini geniş təhlil edib.

Baxışları

İdrak nəzəriyyəsi və məntiq: İdrakın hissi və əqli mərhələlərini vəhdətdə qəbul edib. Filosofun təlimində "təsəvvürlər" və "təsdiqlər" haqqında mühakimələr onun idrak nəzəriyyəsi və məntiqi arasında ortaqlıq yaradır. Onun bu mövzuda Fəxrəddin Razi ilə razılaşmadığına dair yazısı var. Hisslərin vasitəsilə qazanılan təsəvvürlər (anlayışlar), habelə təsdiqlər (aksiomatik müddəalar) Şərq fəlsəfəsində "birinci əqli məlumatlar", yaxud "təbii universalilər" adlanır. Bunların əsasında qəbul edilən anlayış və müddəlara isə "ikinci əqli məlumatlar" deyilir. Xunəcinin idrak təlimində dil və təfəkkür məsələsi geniş yer tutur. Fərabi, İbn Sina, Bəhmənyar kimi o da sözü anlayışın, fikrin ifadəçisi sayıb. Anlayışları substansiya və aksidensiya baxımından geniş nəzərdən keçirib.Məntiqin əksər məsələlərində Şərq peripatetikləri mövqeyində dayanıb, Aristotelin məntiqi üzərində məntiq işləyib. Peripatetiklərin məntiqinin əsasını təşkil edən istidlala Xunəci belə tərif verib: "İstidlal – başqa bir nitqi öz-özlüyündə lazım bilən müddəalardan düzəldilmiş nitqdir". Peripatetik sələfləri kimi, o da daha çox deduktiv istidlallar üzərində dayanıb.

İrsi

  • "Tibb qanunu". Hazırda Paris Milli Kitabxanasında saxlanılır.
  • "Məntiqə dair cümlələr". 1976-cl ildə Tunisdə çap edilib. Məhz bu əsərinə görə Orta əsr məndələrində o, ən çox məntiqçi filosof kimi tanınmışdı.
  • "Fikirlərin qaranlıq yerlərində fikirlərin açılması". Hazırda Qahirənin Xədiviyyə kitabxanasında saxlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfzələddin Xunəci haqqında məlumat. Əfzələddin Xunəci nədir? Əfzələddin Xunəci nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sezar şifrəsi

  • Fevral 27, 2026

    Ortodontiya

  • Fevral 27, 2026

    Vaksin

  • Fevral 23, 2026

    Bessarabiya

  • Fevral 25, 2026

    Deni Didro

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst