Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Blok-sxem və ya Axın sxemi — alqoritmləri və əməliyyatları müxtəlif formalı qutular daxilində göstərən və onları oxlarla bir-birinə bağlayan geniş yayılmış diaq

Blok-sxem

  • Ana Səhifə
  • Vikipediya
  • Blok-sxem


Blok-sxem və ya Axın sxemi — alqoritmləri və əməliyyatları müxtəlif formalı qutular daxilində göstərən və onları oxlarla bir-birinə bağlayan geniş yayılmış diaqramma növü. Blok-sxemlər müxtəlif sahələrdə proseslərin və tətbiqlərin idarə edilməsində, sənədləşdirilməsində, layihələndirilməsində və təhlilində istifadə olunur.

Xarab olmuş lampanı müəyyən etmək üçün hazırlanmış blok-sxem.

Mündəricat

Tarixi

Proseslərin axınının sənədləşdirilməsi üçün yaradılan ilk metod olan "axın proses sxemi" 1921-ci ildə Frenk Gilbret (ing. Frank Gilbreth) tərəfindən ASME (Amerika Mexanika Mühəndisləri Cəmiyyəti) üzvlərinə təqdim edilmişdir. Gilbretin alətləri sənaye mühəndisliyi tətbiqlərində öz yerini tutmuşdur. 1930-cu illərin əvvəlində isə sənaye mühəndisi Allan H. Moqensen (ing. Allan H. Mogensen) Nyu-Yorkda biznes mühitində istifadə olunmaq üçün bəzi sənaye tətbiqlərinin təlimini verməyə başlamışdır.

İnkişaf tarixi

  1. 1921 – Frenk Gilbret tərəfindən "blok-sxem" anlayışı irəli sürülmüş və ASME üzvlərinə təqdim edilmişdir. Bu, proses sxemini sənədləşdirmək üçün ilk sistemli metod hesab olunur.
  2. 1930-cu illər – Sənaye mühəndisi Allan H. Moqensen Nyu-Yorkda iş dünyasında tətbiq edilə bilən sənaye proseslərinin tədrisini həyata keçirmişdir. Bu təlimlər axın sxemlərinin biznes sahəsinə inteqrasiyasına yol açmışdır.
  3. 1947 – ASME tərəfindən "Blok-sxem simvolları" rəsmi olaraq qəbul edilmişdir. Bu simvollar müasir dövrdə də geniş istifadə olunur (başlanğıc/son, proses, qərar, giriş-çıxış və s.).
  4. 1950–1960-cı illər – Blok-sxemlər kompüter elmlərinin inkişafı ilə birlikdə proqramlaşdırma alqoritmlərinin təsviri üçün əsas vasitəyə çevrilmişdir.
  5. 1970-ci illər – Daha mürəkkəb diaqramlaşdırma metodları (məsələn, Nassi–Şneyderman diaqramları) və sistem analizi üçün müxtəlif qrafik üsullar meydana çıxmışdır.
  6. Müasir dövr – Blok-sxemlər yalnız mühəndislik və proqramlaşdırmada deyil, həm də idarəetmə, biznes proseslərinin optimallaşdırılması, təhsil və müxtəlif sənaye sahələrində geniş istifadə olunur.

Tənqid

Geniş yayılmış, lakin səhv praktikaya nümunə kimi blok-sxemlərin alqoritmi aşağı səviyyədə (kod səviyyəsində) təsvir etmək üçün istifadəsi göstərilə bilər — yəni sxemin bloklarına hər hansı süni dildə yazılmış kod parçalarının yerləşdirilməsi cəhdi. Bu yanaşma yalnız strukturlaşdırılmış yanaşmaya uyğun təşkil edilmiş proqramlarda tətbiq oluna bilər və məsələn, obyekt yönlü yanaşma zamanı abstraksiyaların qarşılıqlı əlaqəsi ilə reallaşdırılan alqoritmi əks etdirə bilmir. Alqoritmlərin təsviri, sistemin hissələrinin qarşılıqlı əlaqəsi və bir çox digər müşayiətedici məsələlərin izahı üçün UML notasiya sistemi mövcuddur.

Ədəbiyyat siyahısı

  • ISO 5807. Information processing – Documentation symbols and conventions for data, program and system flowcharts, program network charts and system resources charts. International Organization for Standardization. 1985.
  • ISO 10628: Diagrams for the chemical and petrochemical industry
  • ECMA 4: Flowcharts (withdrawn – list of withdrawn standards)
  • Schultheiss, Louis A., and Edward M. Heiliger. "Techniques of flow-charting 2021-07-14 at the Wayback Machine." (1963); with introduction by Edward Heiliger.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Blok-sxem haqqında məlumat. Blok-sxem nədir? Blok-sxem nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsl timsahlar

  • Fevral 27, 2026

    Feodosiya

  • Fevral 27, 2026

    Tərəvəzçilik

  • Fevral 27, 2026

    Nizami Rəmzi

  • Fevral 27, 2026

    Mason lojası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst