Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Ət-Tarix əl-Kəbir" Buxarinin "əl-Cəmius-səhih"indən sonra ən mühüm əsəridir. Əsəri Buxari on səkkiz yaşı olanda yazmağa başlamış və vəfatına yaxın bir tarixdə

Ət-Tarix əl-Kəbir

  • Ana Səhifə
  • Vikipediya
  • Ət-Tarix əl-Kəbir

Ət-Tarix əl-Kəbir (ərəb. التاريخ الكبير‎) — Buxarinin hədis raviləri haqqındakı əsəri.

Ət-Tarix əl-Kəbir
ərəb. al-Tārīkh al-Kabīr‎
ərəb. التاريخ الكبير‎‎
Müəllif Buxari
Mövzu rical, bioqrafiya
Orijinalın dili ərəb dili

Əsər

"Ət-Tarix əl-Kəbir" Buxarinin "əl-Cəmius-səhih"indən sonra ən mühüm əsəridir. Əsəri Buxari on səkkiz yaşı olanda yazmağa başlamış və vəfatına yaxın bir tarixdə tamamlamışdır.

"Ət-Tarix əl-Kəbir" səhabə, tabiin və təbəut-tabiin başda olmaqla, Buxarinin dövrünə qədər hədis rəvayət etmiş kişi, qadın, "siqa" və ya "zəif" ravilərin qısa məlumatlarını ehtiva edir. Əsər qismən əlifba sırası ilə tərtib edimiş və eyni hərflə başlayan adlar öz aralarında qruplaşdırılmışdır. Əsərdə ilk əvvəl Məhəmməd peyğəmbərin həyatına yer verilmiş, ardınca adı Məhəmməd olan şəxslər sıra ilə verilmişdir. Adı eyni olan şəxslərdə öncəlik səhabələrə verilmişdir. Səhabələrdən sonrakı ravilər ata adlarına görə əlifba sırası ilə düzülmüşdür. Ata adı məlum olmayanları isə hər bölmənin sonunda qeyd edilmişdir. Adların ardınca adları məlum olmayıb ata adları ilə tanınanlar, son bölmədə isə künyələri ilə məşhur olan şəxslər verilmişdir. 1001 şəxsin künyələrinin verildiyi bölmə (Kitabül-Künə) bəzi alimlər tərəfindən Buxarinin müstəqil bir əsəri zənn edilərək nəşr edilmişdir (Heydərabad: hicri 1360). Əsərdə həmçinin 2500-ə yaxın hədis və 13500 ətrafında tərcümeyi-hal vardır.

"Ət-Tarix əl-Kəbir" müxtəlif formalarda nəşr edilmişdir (Beyrut: 1986, 2001 və s.).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ət-Tarix əl-Kəbir haqqında məlumat. Ət-Tarix əl-Kəbir nədir? Ət-Tarix əl-Kəbir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elektrodinamika

  • Fevral 27, 2026

    Po çayı

  • Fevral 27, 2026

    Abiogenez

  • Fevral 27, 2026

    Joze Altafini

  • Fevral 27, 2026

    Din xadimləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst