Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ledi Enn Bakon (ing. Lady Anne Bacon; 1528[…], Esseks[d] – 1610[…], Sant Albans, Hartfordşir) — İngiltərə ledisi və alimi. İngilis filosofu, tarixçisi, siyasi x

Enn Bekon

  • Ana Səhifə
  • Vikipediya
  • Enn Bekon

Ledi Enn Bakon (ing. Lady Anne Bacon; 1528[…], Esseks[d] – 1610[…], Sant Albans, Hartfordşir) — İngiltərə ledisi və alimi. İngilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi Frensis Bekonun anası.

Enn Bekon
Doğum tarixi 1528(1528)[…]
Doğum yeri
  • Esseks[d], İngiltərə
Vəfat tarixi 1610(1610)[…] (81–82 yaşında)
Vəfat yeri
  • Sant Albans, Hartfordşir, İngiltərə
Uşaqları
  • Frensis Bekon
Fəaliyyəti məşuqə[d], tərcüməçi, yazıçı
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Enn Bekon 1528-ci ildə Esseksdə İngiltərənin nüfuzlu ailələrindən birində doğulmuşdu. Onun atası Nikolas Cuk tanınmış humanist və pedaqoq idi. Ailəsinin intellektual mühiti sayəsində Enn latın və yunan dillərini mükəmməl öyrənmişdi. O, dövrünün nadir qadınlarından biri idi ki, klassik ədəbiyyatı dərindən bilirdi və protestant dini mətnlərini tərcümə etməklə məşğul olurdu.

Bekon İngiltərədə protestantlığın güclənməsi dövründə yaşamış və dini islahatlara xüsusi maraq göstərmişdi. O, Cenevrə protestant ilahiyyatçılarından təsirlənmiş və bu ideyaları İngiltərədə yaymağa çalışmışdı. Onun ən məşhur işi 1564-cü ildə Cenevrə teoloqu Con Jevelin "Apologia Ecclesiae Anglicanae" (İngilis Kilsəsinin Müdafiəsi) əsərini latıncadan ingiliscəyə çevirməsi olmuşdur. Bu tərcümə ingilis protestant teologiyasının əsas mənbələrindən biri hesab olunur.

Bekon 1553-cü ildə tanınmış hüquqşünas və siyasətçi Ser Nikolas Bekon ilə ailə qurub. Onların oğlu Frensis Bekon sonradan məşhur filosof və elmi metodun banilərindən biri kimi tarixə düşdü. Enn Bekon uşaqlarının təhsilinə xüsusi önəm verir və onların intellektual inkişafı üçün ciddi səylər göstərirdi.

1610-cu ildə vəfat edən Enn Bekon Renessans dövrünün ən bilikli qadınlarından biri kimi tarixə düşüb.

Ədəbiyyat

  • Allen, Gemma, The Letters of Lady Anne Bacon (Cambridge, 2014).
  • Coles, Kimberly Anne, Religion, Reform, and Women's Writing in Early Modern England (Cambridge UP, 2008)
  • Lady Anne Bacon's Translations HUGHEY Review of English Studies.1934; os-X: 211
  • Women of Action in Tudor England: Nine Biographical Sketches. by Pearl Hogrefe . Review in Renaissance Quarterly, Virginia F. SternVol. 31, No. 3 (Autumn, 1978), pp. 386–388
  • "Anne Cooke Bacon", Genius Mothers, https://geniusmothers.com/genius-mothers-of/renowned-scientist-and-philosophers/Anne-Cooke-Bacon/
  • "Bacon, Ann" Wikisource, Bacon, Ann
  • Magnusson, Lynne, 'The Rhetoric and Reception of Anne Bacon', English Literary Renaissance 31.1 (2001), pp. 3–33.
  • en:James Spedding, The Letter and Life of Francis Bacon, 7 vols (London, 1861-1874), includes letters from Anne to her son
  • Wayne, Valerie, Anne Cooke Bacon, 2 vols (Aldershot: Ashgate, 2000)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enn Bekon haqqında məlumat. Enn Bekon nədir? Enn Bekon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əlisaab Orucov

  • Fevral 27, 2026

    Qadsiyyə döyüşü

  • Fevral 27, 2026

    Top göyərtəsi

  • Fevral 27, 2026

    Barium xlorid

  • Fevral 23, 2026

    Ordovik dövrü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst