Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir ç

Amiş

  • Ana Səhifə
  • Vikipediya
  • Amiş

Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər.

Amiş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər.

Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar.

Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var.

Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir. Həmçinin Amişlər İncil tərs olacağına inandıqları üçün foto çəkdirmirlər. Ev xanımları isə ailənin ehtiyacı olan geyimləri əllərində tikirlər.

Amiş topluluğundan olan uşaqlar sadəcə 8-ci sinifə qədər məktəbə gedirlər, bundan sonra onlar ənənəvi sənətlərə (əkinçilik, maldarlıq, dülgərlik) yiyələnir və o istiqamətdə təhsil alırlar. 1972-ci ilə qədər Amerikada Amişlərin təhsili yarıda qoyması qadağan idi, lakin elə həmin ildə Amerikan Konstitusiya məhkəməsi icbari təhsilin insan haqqları və konstitusiyaya zidd olduğuna dair qanun qəbul olunması ilə Amişlərə bu məsələdə heç bir maneə qalmadı.

XVIII əsrin şərtlərində yaşamaqlarına baxmayaraq Amişlərin uzunömürlülük əmsalı bir xeyli çoxdur, bu əmsal kişilər üçün 74.3, qadınlar üçün 79.9. Bu ortalama uzunluq Amerikanın ortalama həyat uzunluğu ilə eynilik təşkil edir. Amiş topluluğunda infarkt öndə gələn ölüm səbəbləri arasındadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amiş haqqında məlumat. Amiş nədir? Amiş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Filosof

  • Fevral 24, 2026

    İnsult

  • Fevral 27, 2026

    Aviasiya bombası

  • Fevral 27, 2026

    Marağa şəhristanı

  • Fevral 27, 2026

    Nuru Paşa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst